Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qızıl şəhəri Tikantəpənin əhalisi yoxsulluq içində yaşayır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qızıl şəhəri Tikantəpənin əhalisi yoxsulluq içində yaşayır

Qızıl şəhəri Tikantəpənin əhalisi yoxsulluq içində yaşayır


Mehr xəbər agentliyinin verdiyi məlumata əsasən, ölkə üzrə qızıl istehsalının 30 faizinin Tikabtəpəyə aid olduğunu qeyd edən İsa Bəradəri bu şəhərin Qərbi Azərbaycanın ən yoxsul şəhəri olduğunu bildirib.





O əlavə edib ki, Tikantəpənin əhalisi çoxsaylı problem və məhrumiyyətlərlə üz-üzədir.

İmam cümənin sözlərinə görə, bu şəhərin qızıl mədənləri vergi və əlavə dəyər vergisi daxil olmaqla hər il dövlət büdcəsinə 46 milyard tümən vəsait ödəyir, lakin hökumət bu gəlirlərdən Tikantəpəyə aid olan hissəni ödəməkdən imtina edir.





“İllər sonra bu məbləğdən sadəcə 1 milyard 600 milyon tümən ödənilib,” deyə o bildirib.

Bəradəri həmçinin vurğulayıb ki, Tikantəpənin qızıl və daş mədənlərindən əhalinin payına sadəcə yoxsulluq, işsizlik, məhrumiyyət və ətraf mühitin çirklənməsi düşüb.





Rəsmi bu vilayətdə bənzərsiz daş və qızıl mədənlərinin mövcud olmasına baxmayaraq, Tikantəpədə əlaqəli sənaye müəssisələrinin yaradılmamasını da tənqid edib.





Tikantəpə Yaxın Şərqdə Zərəşoran və Ağdərə kimi iki ən böyük qızıl mədəni, həmçinin 80 daş mədəninə sahibdir. Lakin İran rejiminin ayrı-seçkilik siyasətləri nəticəsində bura ölkə üzrə ən ağır iqtisadi durumda olan bölgələrdən biridir. Tikantəpəni əyalət mərkəzi ilə birləşdirən münasib yol belə mövcud deyil.





Zərəşoran mədəninin səhmdarları və sahibləri ölkənin mərkəzində yerləşən, farsların üstünlük təşkil etdiyi əyalətlərdəndir. Onlar mədəndən hasil edilən xam məhsulu ölkənin mərkəzinə göndərirlər, beləliklə, ondan əldə edilən gəlirlərdən İsfahan, Kirman, Yəzd və Tehran kimi əyalətlər faydalanır.

Geri dön