Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Azərbaycana dəstək aksiyası zamanı tutulan Həkimə Əhmədi “Sepah”ın Kəşfiyyat İdarəsində saxlanılır
Azərbaycana dəstək aksiyası zamanı tutulan Həkimə Əhmədi “Sepah”ın Kəşfiyyat İdarəsində saxlanılır |
Təbriz İnqilab məhkəməsinin müstəntiqi Musəvi milli fəalın ailəsinə bildirib ki, onun azad edilmə prosesi ilə bağlı işlər üçün avqustun 3-də məhkəməyə müraciət etməlidirlər.
Müstəntiqin dediyinə əsasən, Həkimə Əhmədinin müvəqqəti azadlığa buraxılması üçün 100 milyon tümən dəyərində mülki vəsiqə tələb olunur. Qeyd edək ki, Ermənistanın Tovuz rayonunda həyata keçirdiyi son təxribatçı hücumlardan sonra Güney Azərbaycanın milli fəalları müxtəlif şəhərlərdə Azərbaycana dəstək aksiyasının keçirilməsi üçün çağırış etmişdilər. Dəstək aksiyasından vahiməyə düşən İran təhlükəsizlik qurumları aksiyanın keçirilməsinə mane olmağa çalışaraq aksiyadan öncə və sonra kütləvi həbslər həyata keçiriblər. İyulun 16-da Təbriz şəhərində keçirilən aksiyada saxlanılanlardan bu günə kimi Məqsud Fəzli Çimənzəmin, Rəhim Sasani, Sədullah Sasani və Yasəmin Zəfəri müvəqqəti azadlığa buraxılıblar. Fəalların işinə Təbriz İnqilab məhkəməsinin 16-cı şöbəsi baxır. Təbrizin milli fəallarının verdiyi məlumata əsasən, sözügedən şöbədə 19 fəal üçün cinayət işi açılıb. Onlar “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” və “ictimai asayişi pozmaq” ittihamları ilə üzləşiblər. Geri dön |