Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Turqut Özalın oğlu: “Mən zəhərlənmə xəbərinə təəccüblənmədim”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Turqut Özalın oğlu: “Mən zəhərlənmə xəbərinə təəccüblənmədim”

Turqut Özalın oğlu: “Mən zəhərlənmə xəbərinə təəccüblənmədim”


Türkiyənin 8-ci prezidenti Turqut Özalın zəhərlənməsi təsdiq olunandan sonra oğlu buna təəccüblənmədiyini bildirib.

T.Özalın oğlu Əhməd Özal “mən buna heç təəccüblənmədim. 18 ildir ki, bunu bilirdim. Hələ bunun davamı gələcək. Cinayətkarlar ortaya çıxacaq. Məni hər kəs lağa qoydu amma haqlı olduğum ortaya çıxdı”, – deyib. Qeyd edək ki, artıq Türkiyənin Ədliyyə Nazirliyinin tibb qurumu araşdırmanı tamamlayıb. İddialara görə, alınan analizlərdən prezidentin nəşində yüksək miqdarda zəhər qalıqları tapılıb. Bu zəhər T. Özalın ya yeməyinə, ya da içəcəyinə qatılıbmış.
Xatırladaq ki, Türkiyə Cümhuriyyətinin səkkizinci prezidenti Turqut Özal 17 aprel 1993-cü ildə müəmmalı şəkildə dünyasını dəyişib. Sabiq prezidentin ailəsinin israrlı təkidlərindən sonra Türkiyə hökuməti T. Özalın məzarının açılması haqda qərar qəbul edib.

Geri dön