Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycanda daha 1 tibb işçisi koronavirusdan ölüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney Azərbaycanda daha 1 tibb işçisi koronavirusdan ölüb

Güney Azərbaycanda daha 1 tibb işçisi koronavirusdan ölüb


Məlumata əsasən, Təbrizin “İmam Rza” xəstəxanasının fizioterapiya bölümündə çalışan Fərzad Nami xəstəliklə mübarizədə həyatını itirib.





Bundan əvvəl Şərqi Azərbaycan əyalətinin Səhiyyə Xidmətinin rəhbəri Məhəmməd Hüseyn Somi əyalətdə 3 həkim və 4 tibb bacısının koronavirusdan öldüyünü açıqlamışdı.





Şərqi Azərbaycan əyalətində “Covid-19” pandemiyasına qarşı mübarizə aparan 1500 tibb işçisinin koronavirusa yoluxduğu bildirilir.

Rəsmi açıqlamalara görə, əyalətdə 27 min tibb işçisi fəaliyyət göstərir.





Güney Azərbaycanın müxtəlif şəhərlərində çalışan tibb işçiləri dəfələrlə fərdi qoruyucu vasitələrin çatışmazlığından şikayətlənərək sağlamlıqlarının təhlükə altında olduğunu vurğulayıblar.

Geri dön