Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İctimai şəbəkə istifadəçiləri Tövhid Əmir Əmini həştəqi ilə həbsdə olan milli fəala dəstək veriblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İctimai şəbəkə istifadəçiləri Tövhid Əmir Əmini həştəqi ilə həbsdə olan milli fəala dəstək veriblər

İctimai şəbəkə istifadəçiləri Tövhid Əmir Əmini həştəqi ilə həbsdə olan milli fəala dəstək veriblər


Yüzlərlə güney azərbaycanlı, eləcə də İranda yaşayan qeyri-fars millətlərin nümayəndələri iyulun 31-dən başlayaraq Əmir Əmininin və ana dilində məktəb tələb etdikləri üçün həbs edilən digər milli fəalların azadlığını tələb edən statuslar paylaşıblar.





Sosial şəbəkə istifadəçiləri paylaşdıqları statuslarda Tövhid Əmir Əmini, Kiyanuş Aslani, Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi, Həmid Manaflı və Ana dili həştəqlərindən istifadə ediblər.





Mehdi adlı bir istifadəçi belə yazıb: “Millətlər ana dillərində düşünürlər. Bir dilin hakimiyyət tərəfindən yox sayılamsı o dildə danışan xalqın təfəkkürünü və həyat tərzini yox saymaqdan başqa bir şey deyil. Tövhid Əmir Əmini də bunu söyləyirdi. Onu sərbəst buraxın”.





Sevin adlı digər bir istifadəçi isə “Tövhid Əmir Əmini sənin və mənim ana dilimizdə olan hər hansı bir yazının sərbəstcə oxuya bilməmizi istəyirdi,” deyə yazıb.

Geri dön