Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığı haqqında videoçarx hazırlanıb
Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığı haqqında videoçarx hazırlanıb |
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı görkəmli yazıçı, dramaturq, ədəbiyyatşünas Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığına işıq salaraq videoçarx hazırlayıb.
Baş İdarədən bildirilib ki, videoçarxda yazıçının həyatı və yaradıcılığı haqqında geniş məlumat yer alıb. Əbdürəhim bəy Haqverdiyev ədəbi fəaliyyətə Şuşa real məktəbində oxudugu zaman başlayıb, M.F.Axundzadənin təsiri ilə "Hacı Daşdəmir" (1884) adlı kiçik bir pyes yazıb. Peterburqda təhsil alarkən onun bədii yaradıcılığa meyl və həvəsi daha da çoxalır. O, burada olarkən "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) dramını və "Dağılan tifaq" (1896) faciəsini yazıb. 1899-cu ildə Azərbaycana qayıdan Haqverdiyev bir müddət Bakıda yaşayıb. O, bir tərəfdən müəllimliklə məşğul olub, digər tərəfdən teatrlarda verilən tamaşalara rejissorluq edib. Eyni zamanda bədii yaradıcılığını da davam etdirib: "Bəxtsiz cavan" (1900) və "Pəri-cadu" (1901) faciələrini yazmaqla milli dramaturgiyanı ideya və poetik-sənətkarlıq baxımından daha da zənginləşdirib. 1906-cı ildə "Həyat" qəzetində hekayələr və "Molla Nəsrəddin" jurnalında gizli imzalarla felyetonlar, məzhəkələr çap etdirib. "Marallarım", "Xortdanın cəhənnəm məktubları", "Şeyx Şaban", "Xəyalət", "Ac həriflər" və sair əsərlərin müəllifidir. Videoçarxa aşağıdakı keçidlərdən baxa bilərsiniz. https://m.facebook.com/story.php?story_fbid=2771605609792395&id=100008289486457 https://www.instagram.com/p/CDbJteTBDM1/?igshid=5k430qahnnw5 Geri dön |