Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Məşhəddə uşaq xəstəxanasının 80 işçisi koronavirusa yoluxub
Məşhəddə uşaq xəstəxanasının 80 işçisi koronavirusa yoluxub |
Bu barədə, uşaq xəstəxanasının rəisi Hüseyin Möhsünzadə avqustun 4-də mediaya açıqlamasında məlumat yayıb.
O bildirib ki, 500-ə yaxın işçisi olan “Əkbər” Uşaq Xəstəxanasının həkimlər və tibb bacıları da daxil olmaqla 80 işçisi “Covid-19” infeksiyasına yoluxub: “Bu günə qədər koronaya bənzər simptomları olan 2480-dən çox uşaq xəstəxanaya ambulator şəraitdə qəbul edilib və onlardan 370-dən çoxu xəstəxanaya yerləşdirilib. Hazırda isə hər gün orta hesabla koronavirusa yoluxmuş üç-dörd uşaq xəstəxanamıza yerləşdirilir. “Covid-19” infeksiyasına yoluxan uşaqlar arasında ölənlər azdır və ölüm halları daha çox immunitet sistemi zəif olan və ya başqa xəstəliyi olan uşaqlarda müşahidə edilir” –deyə, Məşhədin “Əkbər” adlı Uşaq Xəstəxanasının rəisi Hüseyin Möhsünzadə əlavə edib. Geri dön |