Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Pandemiya dövründə nikah aktı planlayanlar və gənc ailələr üçün layihə icra olunacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Pandemiya dövründə nikah aktı planlayanlar və gənc ailələr üçün layihə icra olunacaq

Pandemiya dövründə nikah aktı planlayanlar və gənc ailələr üçün layihə icra olunacaq


Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) “Nikah aktı planlayanlar və gənc ailələr üçün pandemiya dövründə konsultativ və sosial yardımların təşkil edilməsi” layihəsinin icrasına başlayıb. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir.

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, məqsəd koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq nikah aktlarını təxirə salan, gözləmə mövqeyi tutan şəxslər üçün konsultativ yardımlar təşkil etməkdir. O cümlədən belə şəxsləri yeni dövrün şərtlərinə uyğun formalaşdırılmış nikah mərasimləri formaları ilə tanış etmək, bu yolla nikah proqramlarını yeni şərtlərə uyğunlaşdırmağa sövq etməkdir.

Diqqətə çatdırılıb ki, nikah və toy mərasimləri sahəsində yeni standartlar, yeni vərdişlər formalaşır. Mütəxəssislərin, ekspertlərin bu yöndə təklif və tövsiyələrinin ictimailəşdirilməsi, cəmiyyətə çatdırılması və dərk edilməsi üçün KİV-lərin rolu mühüm əhəmiyyət kəsb edir. Layihənin məqsədlərindən biri də KİV-lərin bu sahədə rolunun stimulaşdırılmasından ibarətdir.

Gənc, imkansız ailələrə konsultativ və maddi yardım göstərmək də layihənin əsas məqsədləri sırasındadır.

M.Ələsgərli qeyd edib ki, pandemiya dövründə Azərbaycanda və digər ölkələrdə tətbiq edilən yeni nikah-toy mərasimləri formaları barədə bilgilər, həmçinin mövzu üzrə ekspert tövsiyələri əyani vəsait-kitabça formasında toplanılacaq. PDF variantda hazırlanacaq kitabça internet resurslarında yerləşdiriləcək və hər kəs üçün əlçatan olacaq.

İP göstəricisi yüksək olan internet TV-lərdən birində mövzu üzrə müzakirələr təşkil ediləcək. TV müzakirədə mövzu üzrə ekspert iştirak edəcək, sualları cavablandıracaq.

Koronavirus infeksiyası ilə mübarizə məqsədilə xüsusi karantin rejimi tətbiq edilən Bakı şəhərində, Cəlilabad və Masallı rayonlarında 30 nəfər gənc və imkansız ailə müəyyənləşdiriləcək, onlarla konsultativ söhbət aparılacaq və sosial yardımlar göstəriləcək.

Geri dön