Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MDHP Sədri, Milli Məclisin üzvü FƏRƏC QULİYEV "Gündəlik Bakı" qəzetinin suallarını cavablandırır: - "Cavab verdim ki, onda səni pəncərədən aşağı atardım"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Özəl xəbər, Fərəc Quliyev > MDHP Sədri, Milli Məclisin üzvü FƏRƏC QULİYEV "Gündəlik Bakı" qəzetinin suallarını cavablandırır: - "Cavab verdim ki, onda səni pəncərədən aşağı atardım"

MDHP Sədri, Milli Məclisin üzvü FƏRƏC QULİYEV "Gündəlik Bakı" qəzetinin suallarını cavablandırır: - "Cavab verdim ki, onda səni pəncərədən aşağı atardım"


Fərəc Quliyev: "Bir dəfə Əhəd Abıyevlə bağlı məndən soruşdular ki..."

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyevlə növbəti söhbətimizə birinci Qarabağ savaşı mövzusu ilə başlasaq da, müsahibə əsnasında siyasi məsələlərdən də söhbət açdıq.



"Erməni qadınlar bunu qiymətləndirirdilər"

- Müharibə vaxtı Ordubadda belə bir hadisə baş verdi. Ermənilər bir çobanımızı öldürüb qoyunları aparmışdılar. Həmin zaman biz qatarı saxladıb erməniləri əsir götürdük və mən göstəriş verdim ki, qadın və uşaqları Mehriyə yola salsınlar. Biz qalan ermənilərlə qoyunları başa-baş dəyişdik, sözsüz ki, çobanımızı öldürdüklərinə görə bir-ikisi də kəsir gəldi ermənilərdən. Orda erməni korpusunun Georq adlı komandiri vardı. Biz erməni əsirlərlə qoyunları dəyişəndə özündən uyduraraq dedi ki, biz ermənilər müharibə olmasını istəmirik, sülhün əldə edilməsi yolunu tapmaq lazımdır. Mən hətta sizi Mehriyə dəvət edirəm. Həmin vaxt Naxçıvanın daxili işlər naziri işləmiş rəhmətlik Mamed müəllim də yanımdaydı. Georqdan soruşdum, bizi Ermənistana dəvət edirsiniz? Cavab verdi ki, bəli, qorxmursunuzsa, gedək. Razılaşdım, cavab verdim: "Gedək". Mamed müəllimə də dedim ki, "UAZ"a əyləşin, Ermənistana gedirik. Georq sözünü geri götürə bilmədi. Ordubaddakı özünümüdafiə qüvvələrinə tapşırdım ki, əgər 3 saat müddətinə geri qayıtmasaq, heç bir xəbər və ya əmr gözləmədən, əlinizdəki bütün arsenalla Mehrini bombalayın. Çünki onda hərbi cəhətdən strateji yüksəklik sayılan "Soyuq" əlimizdəydi. Mehri, Qafan, Gorus həmin strateji yüksəklikdəki hərbçilərimizin əllərinin altındadır. Maşınlara əyləşib, Mehriyə yollandıq. Yolda təklif etdilər ki, bəlkə çayın kənarında, Mehri stansiyasında çay içək. Razılaşmadım, dedim, ancaq Mehrinin özünə getməliyik. Biz Mehriyə çatanda ermənilərlə azərbaycanca salamlaşdım. Üstümə gəldilər, amma qadınlar Georqu danladılar ki, niyə onu bura gətirmisən? Erməni qadınları etiraf edirdilər ki, azərbaycanlı əsgərlər kişi adamlardır, onlar bizim hamımızı buraxdılar. Yadıma düşdüki, Naxçıvandan keçən Mehriyə gedən qatarı bizimkilər saxlatmışdılar, erməniləri girov götürmüşdülər, qadınları və uşaqları dərhal avtobusa mindirib Mehriyə geri göndərmişdilər. Onu da qeyd edim ki, oradakı bütün qadınlara su, yemək, uşaqlara süd verdik. Kişiləri isə qoyunlarla başabaş dəyişibdik. Tapşırıq verdim ki, heç kimə zərər toxunulmasın, hamısı yola salınsın. Erməni qadınlar bunu qiymətləndirirdilər. Üç saat müddəti bitəndən sonra Georq xahiş etdi ki, biz Mehrini tərk edək. Ermənilərin bir jestinə qarşı çox riskli jest etdik.



"Prezident ortaya siyasi iradə qoydu"

- Partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsi həllini tapdı. Qanunla ayrılan vəsaitdən razısınızmı?

- Təbii ki, razı deyiləm. Bu, siyasi mühiti lağa qoymaq kimi çıxır. Prezident ortaya siyasi iradə qoydu, islahatçı bir davranşla təklif etdi ki, siyasi partiyalar dövlət tərəfindən maliyyələşsin. Başa düşə bilmirəm, həmin rəqəmləri verən istər Nazirlər Kabineti olsun, istərsə də başqaları niyə belə münasibət sərgiləyirlər? İki milyon vəsaitin ayrılması nəzərdə tutulur. Əlbəttə, biz həmin rəqəmin dəyişilməsi "dava"sını aparacağıq. Həmin vəsaitin böyük hissəsi hakim partiyaya, qalan məbləği isə digər siyasi təşkilatlara veriləcək. Hər partiyaya orta hesabla ayda 3-5 min manat pul düşür. Hər kəs bilir ki, ortabab qərargah yeri almaq üçün 3 min manat çox az vəsaitdir. Mən hələ kommunal xərcləri, qərargahda 2-3 texniki işçi saxlamaq üçün tələb olunan məsrəfləri bir kənara qoyuram. Ölkəmizdə siyasi mühitin oturuşması üçün ona normal şəkildə stimul verilməlidir. Partiyaların yaxşı qərargahları, ruporları, qəzetləri, bölgələrdəki rayon təşkilatları ilə fəal işləyən adamları olmalıdır. Partiyalar siyasi institutlardır, dövlət adamları burda yetişirlər. Siyasi təşkilatlar bələdiyyə, parlament, prezident seçkilərində fəal iştirak etməlidir. Amma həmin vəsaitlə parlament seçkilərində partiyanın bir üzvünün normal təbliğatını qurmaq belə, mümkün deyil. Məbləğ çox azdır.



"Belə olsa, yarışmaq istəyimiz var"

- Siz də gələn il keçiriləcək prezident seçkisində namizədliyinizi irəli sürəcəyinizi bəyan etmisiniz. 2013-cü ilin ictimai-siyasi marafonuna hazırlıq necə gedir?

- Bir məsələni qeyd edim - bizim təşkilatımızda namizədin kim olacağı haqqında konkret düşüncə yoxdur. Amma təşkilat olaraq mütləq prezident seçkisinə qatılmaq istəyirik. Niyə bu məsələdə tərəddüd edirik. Mən bu təşkilatın lideriyəm - bu aydın məsələdir. Mənə namizədin kim ola bilməsi ilə bağlı suallar verirlər. Elə bir şərait yaranar ki, məsələn, görərik seçki ədalətsiz keçiriləcək, sadəcə, təbliğatımızı aparmaq üçün başqa bir namizədin orda iştirakını təmin edə bilərik. Onda tam qələbə uğrunda dava aparmasaq belə, hər halda təbliğatımızı qurmaq, təşkilatlanmaq üçün bundan yararlanarıq. Əgər normal seçki olsa, mənim özümün də iştirakım mümkündür. Amma partiyanın qərarı son fikir olacaq. Biz bütövlükdə hesab edirik ki, həmin mühit yaranacaq, normal, demokratik seçki keçiriləcək. Belə olsa, yarışmaq istəyimiz var. Hesab edirəm, mən özüm prezident seçkisində iştirak etsəm, kifayət qədər, ciddi şəkildə nailiyyətlər əldə etmək imkanlarını gerçəkləşdirə bilərəm. Başqalarından fərqli olaraq hələlik bu siyasi yarışlarda özümüzü yoxlamamışıq. Bizim kifayət qədər oturuşmuş təşkilatlarımız var. Qarabağ, Bakı və Ətraf Kəndlər, Qərbi Azərbaycan, Borçalı departamentləri kifayət qədər güclü, oturuşmuş təşkilatlardır. Rayon təşkilatları da kifayət qədər güclüdür. Düzdür, hələ potensialımızın 10 faizini gerçəkləşdirə bilməmişik. Olduğumuz qədər görünə bilmirik. Amma çox böyük qüvvə ilə bu yarışlara getməyə hazırıq. Hesab edirəm ki, Azərbaycana çox ciddi şəkildə fayda verə biləcək kadrlara malikik. Normal siyasi yarışın dava və ya düşmənçilik olmadığını düşünürük. Bir dəfə Əhəd Abıyevlə bağlı məndən soruşdular ki, parlament seçkilərində sizinlə rəqib idi. İndi ona münasibətiniz necədir? Dedim ki, parlament seçkisi başa çatan gündən rəqabət bitdi, biz dostuq. İndi də münasibətimiz var, bayramlaşırıq, bir-birimizi təbrik edirik. Yəni sən seçki mühitində düşüncələri dalaşdırırsan. Seçkinin bitməsi, idarəetmə sisteminin kiməsə həvalə edilməsidir. Bu, bir məqamdır. Sizə bir epizod danışacam - biz İrəvanda olarkən Serj Sarkisyanın otağında hər kəsə məlum olan sərt davranışığımızı nümayiş etdirdik. Onun kabinetindən çölə çıxandan sonra ermənilərdən biri məndən soruşdu ki, biz sizin prezidentlə belə danışsaq, necə reaksiya verərsiniz? Cavab verdim: "o zaman mən səni pəncərədən aşağı atardım". Həmin şəxs tutuldu, görünür, belə cavab gözləmirdi.

Prezident bir məqamdır, bayraq, gerb kimi o da ölkənin atributudur, təmsilçisidir. Mən baş nazirin fəaliyyətini tənqid edə bilərəm. Fəaliyyətində nöqsanlar ola bilər. Bu başqa şeydir. Amma kənar ölkədən onun barəsində bir söz deyiləndə baş naziri müdafiə etməliyəm. Hətta tənqiddə də ifadələrinə fikir verməlisən. Sən Artur Rəsizadə barədə danışanda hörmətli, cənab baş nazir desən, dünya dağılmaz ki! Ağsaqqal adamdır, bu da onun postudur. Bacarmadığı şeyləri yenə də de. De ki, filan məsələyə görə istefa verməlisən. Mən özüm büdcə ilə bağlı məsələlərdə hər dəfə onları tənqid edirəm, istefaya da çağırıram.



Anar "Gündəlik Bakı" qəzeti

Geri dön