Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Azərbaycanın varlığı və inkişafı İran rejimini narahat edir
Azərbaycanın varlığı və inkişafı İran rejimini narahat edir |
Qəzet konsertdə iştirak edən, ancaq adının açıqlanmadığı bir Azərbaycan rəsmisinin sözlərini gətirir: “Siz təsəvvür edə bilərsiniz, iranlılar necə qəzəblənirlər. Bu səhnə onları dəli edir”.
Washington Post yazır kı, İran beynəlxalq sanksiyalar nəticəsində getdikcə daha təcrid vəziyyətə düşür və iqtisadi vəziyyəti pisləşir. Onun şimal qonşusu isə Qərblə mədəni və siyasi əlaqələri dərinləşdirərək əks istiqamətdə irəliləyir. İran repressiv və teokratik ölkədir, Azərbaycan isə sosial və dini baxımdan tolerantdır, özünü bütün dinlərin, mədəniyyətlərin biryerdə yaşaya biləcəyi model kimi təqdim edir". ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Bryza hesab edir ki, "bunlar İran rejiminin mövcudiyyəti üçün ciddi təhlükədir". "Hər gün Azərbaycan iqtisadiyyatı güclənir, Avro-Atlantik məkana daha sıx bağlanır - İran rejimi isə daha da zəifləyir", Bryza deyir. Bakıdakı Qərb diplomatlardan birinin təbirincə, İranlılar Azərbaycanın regional oyunçuya çevrildiyini, özlərinin isə sanksiyaların altında əzildiyini görürlər. "Onlar görürlər ki, yeni səfirliklər açan, yeni xarici investisiyalar cəlb edən Azərbaycan qazanır, İran isə itirir" diplomat deyir. Azərbaycan rəsmiləri deyir ki, onlar Jenifer Lopesdən sonra Rihanna və Şakiranı Bakıya dəvət etməkdə burada həmin günlər qadınlar arasında futbol üzrə dünya çempionatına dünyanın diqqətinin cəlb edilməsi məqsədini güdürlər. Ümumi məqsəd qadınların təkcə haqqlarının qorunduğu yox, eləcə də idman və incəsənətdə iştirakının təşviq edildiyi ölkə kimi Azərbaycanın mütərəqqi imicini möhkəmləndirmək olub. Prezident Apparatının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov deyir ki, ölkənin dünyəviliyi və tərəqqisi dövlətin rifahı üçün mühüm əhəmiyyətə malikdir. Bakıdakı Qərb diplomatlarından birinin sözlərinə görə, Bakının hərəkətləri "nə qədər güldürücü" olsada, müəyyən mənada bu xətt öz bəhrəsini verir. "Bu onların xarici siyasətinin tərkib hissəsidir - bir tərəfdən dünyaya nümayiş etdirirlər ki, biz də dünya səviyyəli artistləri qəbuligton edə bilirik, digər tərəfdən isə qonşu İranı dəli edirlər"... Geri dön |