Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranlı rəsmi: “Çinin Kunlun Bankı bizimlə əməkdaşlıq etmir”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranlı rəsmi: “Çinin Kunlun Bankı bizimlə əməkdaşlıq etmir”

İranlı rəsmi: “Çinin Kunlun Bankı bizimlə əməkdaşlıq etmir”


O deyib ki, İrana qarşı yeni sanksiyalafrın tətbiq olunmasından sonra Çinin “Kunlun Bank”ı İranla əməkdaşlıqdan boyun qaçırır: “Bu bank artıq bizimlə əməkdaşlıq etmir. Ən böyük problem isə, Çindən və bəzən Rusiyadan idxal edilən bir sıra əsaslı əmtəələrlə bağlıdır. Çin, İran Gəmiçilik Təşkilatına saksiya qoyulduğunu bəhanə gətirərək bizimlə əməkdaşlıqdan imtina edir.


Aydın məsələdir ki, İranın FATF-in qara siyahısına alınması bizim üçün yeni problemlər yaradıb. Vəziyyət elədir ki, hətta qonşu və ətraf ölkələrlə əməkdaşlıqda belə çətinliklə üzləşmişik”-deyə, İran Ticarət Palatasının üzvü Əli Şəriəti əlavə edib.


Xatırladaq ki, dünyada çirkli pulların yuyulmasına qarşı mübarizə aparan Maliyyə Tədbirləri Üzrə İşçi Qrupu (FATF), 2019-cu ilin oktyabr ayında İrana terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulması ilə bağlı konvensiyalarlara aid layihələrə qoşulması üçün 6-cı dəfə olaraq, dörd ay vaxt vermişdi.


Lakin İran yenidən həmin layihələri qəbul etməkdən boyun qaçırdı. Nəticədə FATF, həmin ilin mart ayında İranın adını yenidən özünün qara siyahısına saldı.

Geri dön