Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şərqi Azərbaycanda 1700-dən çox tibb işçisi koronavirusa yoluxub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Şərqi Azərbaycanda 1700-dən çox tibb işçisi koronavirusa yoluxub

Şərqi Azərbaycanda 1700-dən çox tibb işçisi koronavirusa yoluxub


Bu barədə, Təbriz Tibb Universitetinin rektor müavini Ruzbeh Rəcayi məlumat verib.





“Təəssüflə bir neçə həmkarımızı koronavirusla mübarizədə itirmişik,” deyən Rəcayi koronavirusdan ölən səhiyyə işçilərinin sayı haqqında dəqiq məlumat verməyib.





Bundan əvvəl Şərqi Azərbaycan əyalətinin Səhiyyə Xidmətinin rəhbəri Məhəmməd Hüseyn Somi əyalətdə 3 həkim və 4 tibb bacısının koronavirusdan öldüyünü açıqlamışdı.

Rəsmi açıqlamalara görə, Şərqi Azərbaycanda 27 min tibb işçisi fəaliyyət göstərir.





Güney Azərbaycanın müxtəlif şəhərlərində çalışan tibb işçiləri dəfələrlə fərdi qoruyucu vasitələrin çatışmazlığından şikayətlənərək sağlamlıqlarının təhlükə altında olduğunu vurğulayıblar.

Geri dön