Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycana dəstək aksiyası zamanı saxlanılan Həkimə Əhmədi sərbəst buraxılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Azərbaycana dəstək aksiyası zamanı saxlanılan Həkimə Əhmədi sərbəst buraxılıb

Azərbaycana dəstək aksiyası zamanı saxlanılan Həkimə Əhmədi sərbəst buraxılıb


Təbriz şəhərində Azərbaycan Respublikasının Konsulluğu qarşısındakı dəstək aksiyası zamanı həbs edilən milli fəal 100 milyon tümənlik zəmanət qarşısında sərbəst buraxılıb.





Daha öncə həmin aksiyada saxlanılan Məqsud Fəzli Çimənzəmin, Rəhim Sasani, Sədullah Sasani və Yasəmin Zəfəri də mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılmışdılar.

Əhmədi və digər fəallar “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” və “ictimai asayişi pozmaq” ittihamları ilə üzləşiblər.





Qeyd edək ki, Ermənistanın Tovuz rayonunda həyata keçirdiyi son təxribatçı hücumlardan sonra Güney Azərbaycanın milli fəalları müxtəlif şəhərlərdə Azərbaycana dəstək aksiyasının keçirilməsi üçün çağırış etmişdilər.

Dəstək aksiyasından vahiməyə düşən İran təhlükəsizlik qurumları aksiyanın keçirilməsinə mane olmağa çalışaraq aksiyadan öncə və sonra kütləvi həbslər həyata keçiriblər.





Həkimə Əhmədi daha öncə də 2018-ci ilin oktyabr ayında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Marağa zindanına aparılmışdı.

Milli fəal 583 gün müvəqqəti saxlandıqdan sonra “sistemin əleyhinə təbliğat aparmaq və milli təhlükəsizliyi pozmağa cəhd görtərmək”də günahlandırılaraq 16 ay həbs cəzasına məhkum edilmişdi.





İki uşaq anası olan Həkimə Əhmədinin sosiologiya üzrə yüksək lisansı var. O Mərənd şəhərinin fəallarından biri kimi, ana dilində təhsil hüququ ilə bağlı fəaliyyət göstərir.

Geri dön