Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vaşinqtondan Xankəndi hava limanına münasibət
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Vaşinqtondan Xankəndi hava limanına münasibət

Vaşinqtondan Xankəndi hava limanına münasibət


ABŞ tərəfləri Dağlıq Qarabağda hava limanı barədə məsələnin müvafiq beynəlxalq sazişlərin və beynəlxalq hüququn əsasında, həmçinin Ermənistan və Azərbaycanın mülki aviadaşımalar sahəsində mövcud praktikasına uğun diplomatik həllini tapmağa çağırır.

Bunu Vaşinqtonda keçirdiyi brifinqdə (cələsə) ABŞ Dövlət Departamentinin (xarici işlər nazirliyi) mətbuat katibi Viktoriya Nuland deyib.

Nurland bildirib ki, ATƏT-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Minsk Qrupu bir neçə dəfə bu məsələ ilə bağlı bəyanat səsləndirib: "Bu bəyanatlar ABŞ, Fransa və Rusiyanın mövqelərini əks etdirir, bəyanatlarda diplomatik həllə çağırış mövcuddur. Bəyanatlarda həmçinin qeyd olunur ki, bu hava limanının işi Dağlıq Qarabağın statusunun dəyişdirilməsi üzrə istənilən iddiaların dəstəyi üçün istifadə oluna bilməz".

Qeyd edək ki, qondarma "Dağlıq Qarabağ Respublikası" hökuməti yanında "mülki aviasiya idarəsi"nin rəisi Dmitri Atbaşyan bu il oktyabrın 1-də Azərbaycanın işğal altında olan ərazilərində qanunsuz olaraq inşa edilmiş Xankəndi hava limanının istismara verildiyini bildirib.



Azərbaycan xarici işlər nazirliyi Xankəndində hava limanının açılmasının Mülki Aviasiyaya dair Çikaqo Konvensiyasına zidd olduğunu bəyan edib.

Geri dön