Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət
Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət |
Qərbi Azərbaycanın Koronavirusa Qarşı Mübarizə Qərargahının müavini İrəc Mühibbinin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 204 nəfərinin COVID-19 testi pozitiv çıxıb.
Mühibbi Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 773 nəfərə çatdığını bildirib. “İnfeksiyaya yoluxanlardan 125 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 37 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” deyə o qeyd edib. Zəncan əyalətində də son 24 saatda daha 18 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə bu günə kimi 8 min 636 nəfərin koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə aldığını bildirib. Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 4 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 369 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 2 min 398 nəfərinin tam sağaldığını bildirib. Qızılbaş həmçinin qeyd edib ki, hazırda 407 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır. Həmədan əyalətində də, COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 3 min 187 nəfərə, koronavirus qurbanlarının ümumi sayı isə 398 nəfərə çatıb. Ərdəbildə isə Tibb Universitetinin rektoru Şəhram Həbibzadənin verdiyi məlumata əsasən, 386 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 65 nəfərinin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib. Həbibzadənin dediyinə görə, əyalətdə son 24 saatda 53 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 7 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib. Güney Azərbaycanın Qəzvin əyalətində də son 24 saatda 43 yeni koronavirusa yoluxma faktı aşkar edilib. Qəzvin Tibb Universitetinin rektoru Peyman Namdarın verdiyi məlumata əsasən, hazırda əyalətdə COVID-19 virusuna yoluxan 304 nəfər xəstəxanalarda müalicə alır. Namdar əlavə edib ki, infeksiyaya yoluxanlardan 58 nəfər reanimasiya şöbəsinə yerləşdirilib. O həmçinin keçən gün daha 2 nəfərin koronavirusdan öldüyünü bildirib. Geri dön |