Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Aşan kənd əhalisi təhlükədə; müvəqqəti körpü hər an dağıla bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Aşan kənd əhalisi təhlükədə; müvəqqəti körpü hər an dağıla bilər

Aşan kənd əhalisi təhlükədə; müvəqqəti körpü hər an dağıla bilər


Məlumata əsasən, kənd sakinləri 2017-ci ildə baş verən sel nəticəsində dağılan beton körpünün yerinə müvəqqəti olaraq tikilən ağac körpüdən istifadə edir.





Sel hadisəsindən 3 il keçməsinə baxmayaraq aidiyyəti qurumlar Sofiçay üzərinə yeni körpü tikməyib və kənd əhalisi bütün təhlükələrə baxmayaraq həmin ağac körpüdən istifadə etməyə məcburdur.

Kənd sakinləri hər gün bu körpünün üzərindən 20 mindən çox mal-qaranı keçirərək ətraf otlaqlara aparır.





Sakinlərin dediyinə görə, körpü müvəqqəti keçid olaraq tikildiyi üçün dayanıqsızdır və hər an uça bilər. Buna baxmayaraq yerli məsulları “lazımı büdcənin ayrıldığı təqdirdə” bu il və ya növbəti il yeni körpünün tikilə biləcəyini vəd ediblər.

Kənd sakinlərindən birinin “Fars” xəbər agentliyinə verdiyi məlumata görə, sel nəticəsində dağılan infrastrukturun, o cümlədən yolların bərpası üçün bu günə kimi heç bir addım atılmayıb.





Qeyd edək ki, 450 ailənin yaşadığı kənddə həm də 13 ildir ki, su qıtlığı problemi var. Kənd əhalisi dəfələrlə səlahiyyətli orqanlara müraciət edərək problemin aradan qaldırılmasını istəyib, lakin bu istiqamətdə hər hansı tədbir görülməyib.

Geri dön