Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MHP X qurultayını keçirdi. MDHP başqanı, Millət Vəkili Fərəc Quliyev qurultayda iştirak etdi.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > MHP X qurultayını keçirdi. MDHP başqanı, Millət Vəkili Fərəc Quliyev qurultayda iştirak etdi.

MHP X qurultayını keçirdi. MDHP başqanı, Millət Vəkili Fərəc Quliyev qurultayda iştirak etdi.


Azərbaycan nümayəndə heyətinin də qatıldığı möhtəşəm tədbirdə mühüm mesajlar verildi; Dövlət Baxçalı böyük səslə yenidən partiya başqanı seçildi...

Türkiyənin milliyətçi partiyası MHP və Azərbaycanın milliyətçi partiyası MDHP qurultay öncəsi əməkdaşlıq məsələsini də müzakirə edib.

Noyabrın 4-də MHP-nin 10-cu qurultayı keçirilib. Bu barədə məlumat verən MDHP Türk Dünyası Departamentinin nümayəndəsi Mehmet Akçay deyib ki, sabahın erkən saatlarından başlayaraq, qurultayın keçirildiyi “Arena” spor salonuna insan axını başlayıb. Türkiyə televiziyaları həmin salondan canlı yayın verib.

Xarici nümayəndə heyəti xüsusi avtobuslarla qurultay ərazisinə gətirilsə də, içəri keçmək çox çətin olub. Krım türklərinin əfsanəvi lideri Mustafa Cəmiloğlu və Milli Dirçəliş Hərəkatı Partiyası başqanı, Millət Vəkili Fərəc Quliyevin də içərisində olduğu dış türk nümayəndə heyəti böyük bir izdihamın içərisindən keçərək, salona daxil olublar. Açılışdan sonra qurultayın sədarəti seçilib. Qurultayı açan və aparan mərhum Başbuğ Alparslan Türkeşin oğlu Toğrul Türkeş coşğulu və təsirləndirici giriş nitqi yapıb. MHP-ni türk millətinin abidəsi adlandıran Toğrul Türkeş salondakıları salamlayarkən “Babamın partiyasına xoş gəldiniz”, cümləsini də işlədib.

Qazi Mustafa Kamal Atatürk və Alparslan Türkeşin timsalında bütün şəhidlərin xatirəsi 1 dəqiqəlik sayğı duruşu ilə anılıb və İstiqlal Marşının oxunmasından sonra prosedurlar həyata keçirilib. Daha sonra MHP başqanı Dövlət Baxçalı hesabat çıxışı edib. Hər kəsi, xüsusilə xarici qonaqları hərarətlə salamlayan başqan son qurultaydan keçən dövrü dəyərləndirib.
Genəl başqanın çıxışı “Dövlətin başına Dövlət gələcək” , deyə şüarlarla kəsilirdi. Baxçalı türk millətçiliyinin bütün nəhəng və tarixi simalarını qeyd edərək, onların da bu salonda olduqlarını söyləyib. Onun “”Bir kərə yüksələn bayraq bir daha enməz", deyən Məhəmməd Əmin Rəsulzadə burada!" sözündən sonra isə salon əməllicə coşdu. Dövlət bəy daha sonra öz adından da M. Ə. Rəsulzadənin bu şüarını türk bayrağı haqqında səsləndirərək, MHP-liləri türk millətinin nicatı, şansı, gələcəyi adlandırıb. O, bu yaxınlarda keçirilən AKP qurultayını da tənqid edib. Sitat: “Onlar Bərzanini qonaq etməklə qürur duymuşdular. Türk dünyasının qürur duyduğu isimlər bu salondadır. Bizim AKP zehniyyətindən fərqimiz budur”.

Qeyd edim ki, Çöhrəqanlını Türkiyəyə buraxmayan anlardan etibarən MHP-lilər bu məsələyə təpki verərək, deyirlər ki, necə olur, terrorçu, türk əsgərinin qanını tökən Bərzani şərəf tribunasında otuzdurulur, lakin güney Azərbaycan türklərinin lideri Çöhrəqanlı hava limanından geri qaytarılır...
Baxçalı Türküstan və Orta Asiyadan Qafqaza, ordan isə Balkanlara, Orta Şərqə və Məkkəyə qədər Türk- dünyası ruhunun qurultaya əlavə dəyər verdiyini deyib: “Bu gün Təbriz,Bakı,Naxcıvan, Ərdəbil, Zəncan, Urmuyə, burdadır. Siz bu gün buraya Türklüyü və islamı referans alan möhürü vurdunuz. Ülküçü Xocalıdakı qətliamın intiqamını alacaq olanlardır”.


M.Akçayınsözlərinə görə, D. Baxçalı çıxışının sonrasında iqtidarı kəskin şəkildə tənqid edib: “Ya dövlət ülküçüləşməli, ya da ülküçülər dövlətləşməlidir”, deyə Bahçeli təkbaşına iqtidar iddiası ortaya qoyub.

Qeyd edək ki, Azərbaycanı həmin qurultayda MDHP başqanı, Millət Vəkili Fərəc Quliyevlə yanaşı, ciddi nümayəndə heyəti təmsil edir. “Arena”salonunda KXCP sədri Mirmahmud Mirəlioğlu (müavinləri də qatılıb), VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı, Tənzilə Rüstəmxanlı, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Musavat başqanı İsa Qəmbər qurultayın gedişini izləyiblər. Tədbirə həmçinin, İP Koordinasiya Şurasının üzvü Aqil Səmədbəyli və eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev də qatılıb.

MHP-nin 10-cu qurultayını Türkiyədən də daxil omaqla 800 jurnalist müşahidə edib. MHP başqanı 2 saat davam edən çıxışında baş nazir Rəcəb Tayyib Ərdoğanın 2071-ci illə bağlı hədəflərindən danışıb: “Türkiyə 10 ildir AKP iqtidarı tərəfindən idarə olunur. Türk milləti AKP hökumətinin rəhbərliyi altında pərişan olub. AKP iqtisadiyyatı beynəlxalq arenadakı dostlarına ipoteka etdirib. AKP qanlı hücumlara yol açıb. AKP-nin səbəb olduğu təhlükələr artıq heç bir şeyə sığmayacaq qədər ağırlaşıb. AKP-yə illərdir ”türk millətinin kimliyi ilə uğraşmayın" dedik. Haqlı çıxdıq. Qonşu coğrafiyalardakı üsyanlara qarışmayın, yoxsa Türkiyəni məchul bir yola sürüklərsiniz dedik, haqlı çıxdıq".

Bağçalı həmçinin Milli Sazişin mətnini də təqdim edib:
1. Türkiyə dövləti küçədə tapılmayıb. Küçələrə, terrora və AKP-yə təslim etməyəcəyik.
2. Türkiyə Cümhuriyyəti Dövləti təkdir, ölkəsi bütündür.
3. Türkiyə Cümhuriyyəti Dövlətinin qurucusu və sahibi böyük türk millətidir.
4. Türkiyə Cümhuriyyəti Dövlətinə vətəndaşlıq bağıyla bağlı olan hər kəsin din, dil məzhəbinə baxılmadan türk millətinin bərabər və hörmətli fərdləridir.
5. Türk millətinə yeni vətəndaşlıq axtarışları faydasızdır.
6. Türk milləti varsa, Türkiyə Cümhuriyyəti Dövləti də hər zaman var olacaqdır.
7. Türkiyə Cümhuriyyəti Dövlətinin varlığına türk millətçiləri sağ olduqdan sonra kimsə son xəyanət zərbəsini vura bilməyəcək.
8. Bu səbəbdən ülkücü hərəkatın səssiz, laqeyd qalması da əsla düşünülməsin.
9. Türkiyə bizimdir, bu əziz vətən hamımızındır.

Daha sonra başqanlığa namizədlərin çıxışı başlayıb, bunun ardınca seçkili orqanlara seçkilər keçirilib.
Qəzet çapa gedərkən səsvermənin nəticələri məlum olub. Dövlət Baxçalı 725 səslə yenidən partiya başqanı seçilib. Onun əsas rəqibləri Koray Aydın 441, Müsavat Dərvişoğlu isə 42 səs toplayıb.
Onu da qeyd edək ki, MHP millət vəkili, Azərbaycanın böyük dostlarından olan Atilla Qaya partiyanın Mərkəzi Yönətim Kurulunun üzvü seçil
MHP X qurultayını keçirdi. MDHP başqanı, Millət Vəkili Fərəc Quliyev qurultayda iştirak etdi.

MHP X qurultayını keçirdi. MDHP başqanı, Millət Vəkili Fərəc Quliyev qurultayda iştirak etdi.

MHP X qurultayını keçirdi. MDHP başqanı, Millət Vəkili Fərəc Quliyev qurultayda iştirak etdi.

Geri dön