Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əlbürz əyalətində daha 7 nəfər koronavirusdan vəfat edib. İnfeksiyadan ölənlərin sayı 804 nəfərə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Əlbürz əyalətində daha 7 nəfər koronavirusdan vəfat edib. İnfeksiyadan ölənlərin sayı 804 nəfərə çatıb

Əlbürz əyalətində daha 7 nəfər koronavirusdan vəfat edib. İnfeksiyadan ölənlərin sayı 804 nəfərə çatıb


Bu barədə avqustun 9-da məlumat yayan Əlbürz Tibb Universitetinin rektoru Hüseyn Kərim deyib ki, ötən bir gün ərzində “Covid-19” infeksiyasına yoluxan daha 65 nəfər xəstəxanalara yerıəşdirilib: “Əlbürz əyalətində pandemiya yoluxucu xəstəliyi yayılmağa başladığı gündən indiyə qədər 13 486 nəfər xəstəxanalara yerləşdirilib və onlardan 11 941 nəfərinin virusa yoluxması təsdiq edilib.


Hazırda isə pandemiya xəstgəliyinə yoluxma şübhəsi ilə 526 nəfər Əlbürz əyalətinin müxtəlif xəstəxanalarında müalicə alır və onlardan 213 nəfərinin “Covid-9” infeksiyasına yoluxduğu qeydə alınıb.


Xəstəxanalara yerləşdirilənlərdən 117 nəfərinin yaşı 50-dən aşağıdır. Xəstələrdən isə 129 nəfərinin vəziyyəti ağırdır. Təəssüflər olsun ki, son bir gündə vəziyyəti ağır olan 7 nəfər vəfat edib və bununla da bu günə qədər Əlbürz əyalətində koronavirusdan ölənlərin ümumi sayı 804 nəfərə yüksəlib.


Həmçinin ötən bir gün ərzində daha 48 nəfərin evə buraxılması ilə Əlbürz əyalətində indiyədək koronavirusdan tam sağalaraq evə buraxılanların sayı 12 138 nəfərə yüksəlib” –deyə, Əlbürz Tibb Universitetinin rektoru Dr. Hüseyn Kərim əlavə edib.

Geri dön