Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 784 nəfərə çatıb
Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 784 nəfərə çatıb |
Qərbi Azərbaycanın Koronavirusa Qarşı Mübarizə Qərargahının müavini İrəc Mühibbinin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 199 nəfərinin COVID-19 testi pozitiv çıxıb.
Mühibbi Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 784 nəfərə çatdığını bildirib. “İnfeksiyaya yoluxanlardan 122 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 40 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” deyə o qeyd edib. Zəncan əyalətində də son 24 saatda daha 16 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə bu günə kimi 8 min 816 nəfərin koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə aldığını bildirib. Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 3 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 379 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 2 min 445 nəfərinin tam sağaldığını bildirib. Qızılbaş həmçinin qeyd edib ki, hazırda 391 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır. Ərdəbildə isə Tibb Universitetinin rektoru Şəhram Həbibzadənin verdiyi məlumata əsasən, 350 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 67 nəfərinin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib. Həbibzadənin dediyinə görə, əyalətdə son 24 saatda 25 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 3 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib. Həmədan əyalətində də, dünən verilən məlumata əsasən, COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 3 min 277 nəfərə, koronavirus qurbanlarının ümumi sayı isə 412 nəfərə çatıb. Geri dön |