Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranın Kirmanşah əyalətində 5.1 bal gücündə zəlzələ baş verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranın Kirmanşah əyalətində 5.1 bal gücündə zəlzələ baş verib

İranın Kirmanşah əyalətində 5.1 bal gücündə zəlzələ baş verib


Tehran Universitetinin Geofizika İnstitutunun yaydığı xəbərə əsasən, zəlzələ, avqustun 9-u, gündüz yerli vaxtla saat 13: 46 radələrində Gilan-i Qərbə yaxın bölgədə yerin 8 kilometr dərinliyində qeydə alınıb.


Bildirilir ki, güclü zəlzələ, Gilan-i Qərb şəhərinin 29, Qəsr-i Şirinin 30 və Sərpol-i Zahabın 32 kilometrliyində baş verib.


Baş vermiş zəlzələdə insan tələfatının və dağıntıların olub-olmaması barədə hər hansı bir məlumat yayılmasa da, İran Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi hadisədən az sonra mediaya açıqlamasında zəlzələ bölgəsinə xilasedicilərin cəlb edildiyini bildirib.

Geri dön