Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Həbsdə olan azərbaycanlı fəal Behnam Şeyxidə koronavirus simptomları görünüb
Həbsdə olan azərbaycanlı fəal Behnam Şeyxidə koronavirus simptomları görünüb |
Tehranın Evin həbsxanasının 8-ci korpusunda saxlanılan Şeyxi ailəsi ilə əlaqə saxlayaraq bu barədə məlumat verib.
O həmçinin bildirib ki, COVİD-19 testi üçün həbsxananın poliklinikasına müraciət etsə də test çatışmazlığına görə səhiyyə işçilər onu yoxlamaqdan imtina edərək ağrıkəsici dərmanlar veriblər. Şeyxi əlavə edib ki, 8-ci korpusda saxlanılan bir çox məhbusun koronavirus testi pozitiv çıxıb. Milli fəal qeyd edib ki, 8-ci korpusun tibb mərkəzində çarpayı çatışmazlığına görə, orada saxlanılan məhbusların bir neçəsi, o cümlədən Əmir Salar Davudi, Cəfər Əzimzadə və İsmayıl Əbdi 4-cü korpusun tibb mərkəzinə yerləşdiriliblər. Evin təcridxanasının 8-ci korpusunda saxlanılan digər milli fəallar Əlirza Fərşi və Həmid Mənafi Nadarlı da koronavirusa yoluxma təhlükəsi ilə qarşı-qarşıyadırlar. Son aylarda İranın əksər həbsxanalarında məhbusların saxlanılma şəraiti və koronavirusun yayılması ilə əlaqədar dərc olunan xəbərlərdən sonra, cəmiyyətdə milli-mədəni fəalların səhhəti ilə bağlı ciddi narahatlıq yaranıb. İran rejimi Azərbaycan əhalisi və beynəlxalq insan hüquqları qurumlarının ardıcıl tələbinə baxmayaraq həbsdə olan milli fəalların məzuniyyətə çıxmasına imkan vermir. Geri dön |