Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qarabağda qiymətli yataqlarımız acgözlüklə talanır.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Qarabağda qiymətli yataqlarımız acgözlüklə talanır.

Qarabağda qiymətli yataqlarımız acgözlüklə talanır.


Ermənilər Ağdərədə əlvan metalların istismarı üçün yeni kombinat tikir; hərbi işğalın davamı sayılan bu fəaliyyətə isə həmsədrlər göz yumur...

Atəşkəs rejimindən istifadə edən ermənilər işğal altındakı ərazilərimizdəki yeraltı təbii sərvətlərimizi də hərbi qənimət sayaraq sürətlə talamaqda və Ermənistana daşımaqdadılar. Erməni KİV-lərindən birinin yaydığı məlumata görə, düşmən tərəf indi də Dağlıq Qarabağdakı yeni böyük filiz ehtiyatlarının istismarına hazırlaşırlar.

Məlumatda deyilir ki, Azərbaycanın işğal altındakı Ağdərə rayonunda 820 hektarlıq ərazidə yaxın iki ildə yeraltı əlvan metalların istismarı üçün aktiv tikinti hazırlıq işləri görülür. Artıq dağ-mədən işlərinin təşkili ilə bağlı “Valleks qrup” adlı şirkətin qondarma rejimin “hökuməti” ilə müqavilə bağladığı da bildirilir.

Ərazinin istismarını “Valleks” - “Beyz Metals” qrupunun 2002-c ildən elə həmin Ağdərənin Drambon adlanan ərazisində qızıl-mis yataqlarımızın istismarı ilə məşğul olan kampaniyalarından biri həyata keçirəcək. “Beys Metals”ın baş direktoru Artur Mkrtumyanın sözlərinə görə, Dtambon yataqğında ehtiyatların azalması səbəbindən kampaniya 2013-cü ilsə müəyyən çətinliklər yaşayacaq, ancaq “yeni yatağın işə başlaması sənaye artımına təkan verə bilər”. Erməni işbazı iddia edib ki, bu yataq “qarşıdakı on illər ərzində aparıcı istehsal müəssisəsi olacaq”.

Mütəxəssislərin hesablamalarına görə isə, yeni yataq Drmbomdakı kimi qızılla bir elə zəngin olmasa da, mis və molibden ehtiyatları geniş miqyaslı istehsal qurmağa imkan verəcək. “Əgər Drmbon kombinatı ildə 350 ton filiz çıxarırsa, yeni yataq ilkin hesablamalara əsasən, ildə təxminən 1 milyon 600 min ton, 10 il ərzində isə 17 milyona yaxın filiz əldə edəcək. Onun da 20 faizini mis konsentratı təşkil edəcək. Filiz ehtiyatı bir neçə on milyon ton miqdarında qiymətləndirilir”, - deyə xəbərdə bildirilir.

Göründüyü kimi, erməni tərəfi, Ermənistan heç bir beynəlxalq norma və öhdəlik hərləmədən Azərbaycana məxsus yeraltı-yerüstü sərvətlərin qanunsuz istismarını davam etdirir. Az öncə xəbər verdiyimiz kimi, işğal altındakı ərazilərimizdəki daşkömür ehtiyatları da talan edilərək Ermənistandakı zavodların birinə daşınır, təcavüzkar ölkənin energetik ehtiyaclarının qismən ödənməsinə yönəldilir.

Söz düşmüşkən, Ermənistana əsas təbii qaz ixracatçısı olan Rusiya gələn ilin əvvəllərindən bu ölkəyə satdığı qazın qiymətini iki dəfəyə yaxın (min kub metr üçün 180 dollardan 320 dollara) qaldırmağa hazırlaşır. Hələ ki, Ermənistan hökumətinin bunun qarşısını almaqdan ötrü Moskva ilə apardığı danışıqlar səmərə verməyib. Həm də o səbəbə ki, qazın bahalaşmasını önləmək üçün İrəvanın Rusiyaya satacağı bir şey qalmayıb.

Köhnə qiymətin saxlanması müqabilində Ermənistanın hansı kompensasiya üsulu tapacağı isə gerçəkdən maraq doğurur. Lakin düşünmək olar ki, ərazilərimizdəki qiymətli metallarla zəngin mədənlərin istismarı, həmçinin daşkömürün oğurlanaraq Ermənistana daşınması müəyyən mənada təcavüzkara yardımçı ola bilər. Bu üzdən rəsmi Bakı işğal faktı azmış kimi mineral və əlvan metal ehtiyatlarımızın da düşmən tərəfdən istismarı ilə bağlı daha sərt mövqe ortaya qoymalı, bunu hərbi işğalın davamı kimi vaxtaşırı dünya birliyinə təqdim edərək məsələ qaldırmalıdır.

Söhbət ilk növbədə Azərbaycanın da təmsil olunduğu nüfuzlu beynəlxalq təşkilatlardan, ələlxüsus BMT Təhlükəsizlik Şurasından və ATƏT-in Minsk Qrupu həmsədrliyindən gedir. Zəbt edilmiş ərazilərimizin qanunsuz məskunlaşdırılması faktı kimi, bu məsələ də diplomatiyamızın daim diqqət mərkəzində saxlanmalı, üçüncü dövlətə məxsus xarici şirkətlərin bu cür işlərdə iştirakının olub-olmadığı araşdırılmalıdır. Hər halda ortada erməninin özünün də təsdiqlədiyi kifayət qədər ciddi faktlar var.

Onu da yaddan çıxarmamalıyıq ki, işğal altındakı ərazilərimizdə beynəlxalq hüquqa zidd olaraq həyata keçirilən bu cür fəaliyyət hesabına separatçı rejim onsuz da acından ölən bölgə əhalisinin işsizlik (məşğulluq) problemini müəyyən qədər qapatmağa səy edir.

Zahid SƏFƏROĞLU

Geri dön