Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rəsmi Tehran: "Ukrayna təyyarəsi qurbanlarına təzminatı Avropa şirkətləri ödəməlidir"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Rəsmi Tehran: "Ukrayna təyyarəsi qurbanlarına təzminatı Avropa şirkətləri ödəməlidir"

Rəsmi Tehran: "Ukrayna təyyarəsi qurbanlarına təzminatı Avropa şirkətləri ödəməlidir"


İranın Mərkəzi Sığorta Şirkətinin rəhbəri Qulamrza Süleymani bildirib ki, hadisəyə görə təzminatı Avropa şirkətləri ödəməlidir.


O, bu gün keçirdiyi mətbuat konfransında buna səbəb kimi vurulmuş təyyarənin İran şirkətləri tərəfindən deyil, Avropa şirkətləri tərəfindən sığorta olunmasını əsas gətirib.


Qulamrza Süleymaninin əksinə olaraq, bir neçə gün əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musavi ölkəsinin hadisə ilə bağlı məsuliyyəti və kompensasiyanın ödənilməsi ilə bağlı öhdəliyi qəbul etdiyini bəyan edib.


Elədə də, bir müddət əvvəl Qulamrza Süleymaninin müavini Qulaməli Cahangiri bildirmişdi ki, rəsmi Tehran və Kiyev arasında əldə edilmiş razılaşmaya əsasən, İran dəymiş ziyana görə kompensasiya ödəməyi öz üzərinə götürüb. Bu məbləğ 100- 150 milyon dollar arasında təxmin edilir.


Xatırladaq ki, "Sepah" terror təşkilatının yanvarın 8-də vurduğu Ukrayna təyyarəsinin göyərtəsində olan 176 nəfərin hamısı ölmüşdü.

Geri dön