Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vali müavini: Tikantəpə qızıl mədəni gəlirlərinin bölgəyə aid hissəsini ödənilmir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Vali müavini: Tikantəpə qızıl mədəni gəlirlərinin bölgəyə aid hissəsini ödənilmir

Vali müavini: Tikantəpə qızıl mədəni gəlirlərinin bölgəyə aid hissəsini ödənilmir


Valinin abadlaşdırma işləri üzrə müavini Aydın Rəhmani bildirib ki, Tikantəpənin qızıl mədənlərindən dövlət büdcəsinə daxil olan vəsaitin 80 faizi məntəqənin inkişafı və əhalinin ağır həyat şəraitini yaxşılaşdırmaq üçün sərf edilməlidir.





“Vilayətdə iki böyük qızıl mədəninin fəaliyyət göstərməsinə baxmayaraq, bu mədənlərdən əldə edilən gəlirlərin bölgəyə aid olan qanuni payı burada sərf edilmir. Daxili İşlər Nazirliyindən məsələnin ciddi şəkildə araşdırılmasını, sözügedən vəsaitin Tikantəpənin inkişafı üçün sərf edilməsini istəyirik,” deyə Rəhmani vurğulayıb.





Tikantəpə Yaxın Şərqdə Zərəşoran və Ağdərə kimi iki ən böyük qızıl mədəni, həmçinin 80 daş mədəninə sahibdir. Lakin İran rejiminin ayrı-seçkilik siyasətləri nəticəsində bura ölkə üzrə ən ağır iqtisadi durumda olan bölgələrdən biridir. Tikantəpəni əyalət mərkəzi ilə birləşdirən münasib yol belə mövcud deyil.





Zərəşoran mədəninin səhmdarları və sahibləri ölkənin mərkəzində yerləşən, farsların üstünlük təşkil etdiyi əyalətlərdəndir. Onlar mədəndən hasil edilən xam məhsulu ölkənin mərkəzinə göndərirlər, beləliklə, ondan əldə edilən gəlirlərdən İsfahan, Kirman, Yəzd və Tehran kimi əyalətlər faydalanır.





İki həftə əvvəl Tikantəpə şəhərinin imam cüməsi ölkənin qızıl ehtiyatlarının 40 faizinin bu vilayətdə olduğunu xatırladaraq qızıl mədəni gəlirlərindən əhalisi ağır iqtisadi şəraitdə yaşayan Tikantəpəyə pay ayrılmadığını tənqid etmişdi.

Ölkə üzrə qızıl istehsalının 30 faizinin Tikantəpəyə aid olduğunu qeyd edən İsa Bəradəri bu şəhərin Qərbi Azərbaycanın ən yoxsul şəhəri olduğunu bildirmişdi.

İmam cümənin sözlərinə görə, bu şəhərin qızıl mədənləri vergi və əlavə dəyər vergisi daxil olmaqla hər il dövlət büdcəsinə 46 milyard tümən vəsait ödəyir, lakin hökumət bu gəlirlərdən Tikantəpəyə aid olan hissəni ödəməkdən imtina edir.

Geri dön