Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hormozqan əyalətində daha 9 ölüm halı ilə koronavirusdan vəfat edənlərin sayı 610 nəfərə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Hormozqan əyalətində daha 9 ölüm halı ilə koronavirusdan vəfat edənlərin sayı 610 nəfərə çatıb

Hormozqan əyalətində daha 9 ölüm halı ilə koronavirusdan vəfat edənlərin sayı 610 nəfərə çatıb


Bu barədə, Hormozqan Tibb Universitetinin ictimai əlaqələr bölməsinin rəhbəri Fatimə Novruziyan avqustun 11-də mediaya açıqlamasında məlumat yayıb.


Xanım Novruziyan bildirib ki, hazırda virusa yoluxmuş 250 nəfər xəstəxanaların izolyasiya, 69 nəfər isə reanimasiya şöbələrinə yerləşdirilib: “Təəssüflər olsun ki, həmin xəstələrdən 33 nəfərinin vəziyyəti ağırdır. Bu günə qədər həmçinin Hormozqan əyalətində “Covid-19” virusu ilə bağlı 52 641 test həyata keçirilib.


Hormozqan əyaləti hazırda pandemiya yoluxucu xəstəliyinin ən təhlükəli və pik vəziyyətindədir. Xəstəliyin gələcək durumu isə insanların rəftarından asılıdır. Esab edirik ki, xəstəliyin yayılmasının qarşısını almaq üçün insanlar bu yoluxucu xəstəliyi ciddiyə almalı, maska taxmalı, ictimai məkanlardan uzaq gəzməli və gigiyena qaydalarına riayət etməlidirlər” –deyə, Hormozqan Tibb Universitetinin ictimai əlaqələr bölməsinin rəhbəri Fatimə Novruziyan əlavə edib.

Geri dön