Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Azərbaycanda avtomobillərə dövlət qeydiyyat nişanlarının verilməsinə görə rüsum artırılır
Azərbaycanda avtomobillərə dövlət qeydiyyat nişanlarının verilməsinə görə rüsum artırılır |
“Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər təklif olunub
Azərbaycan “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinə daxil olub. Layihədə avtomobillərə dövlət qeydiyyat nişanlarının verilməsinə görə rüsumlar müəyyənləşdirilib. Layihəyə əsasən, rüsumlar dövlət qeydiyyatı nişanında əks olunmuş rəqəmlərin və ya həriflərin kombinasiyası üzrə təyin olunacaq. Qeyd olunub ki, avtomobillərin nömrəsi 001-dən 009-a qədər olan rəqəmlərdən, seriyası müxtəlif həriflərdən ibarət olduqda rüsum 1500, nömrə 001-dən 009-a qədər, seriyası eyni hərflərdən ibarət olduqda rüsum 2500, rəqəmlər 100-dən 900-ə qədər, seriya müxtəlif hərflərdən ibarət olduqda 1000, rəqəmlər 100-dən 900-ə qədər, seriya eyni hərflərdən ibarət olduqda 1500, nömrə 111, 222, 333, 444 , 555, 666, 777, 888, 999, seriya müxtəlif həriflərdən ibarət olduqda rüsum 500 manat, nömrə 111, 222, 333, 444, 555, 666, 777, 888, 999, seriya eyni hərflərdən ibarət olduqda isə rüsum 1000 manat müəyyənləşib. Bu rəqəmlər və həriflərin kombinasiyası istisna olmaqla, digər dövlət qeydiyyatı nişanlarının verilməsinə, habelə, bu rəqəm və həriflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyatı nişanlarının təkrar verilməsinə görə, dövlət rüsumu 18 manat müəyyənləşdirilir. Qeyd edək ki, indiyədək bütün nömrə nişanları üçün rüsum 18 manat olub. Geri dön |