Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Nəsrin Sütudə: "Siyasi məhbusların azadlığı üçün aclıq aksiyası edirəm"
Nəsrin Sütudə: "Siyasi məhbusların azadlığı üçün aclıq aksiyası edirəm" |
O, bununla bağlı yaydığl məlumatda bildirib ki, bu gündən etibarən həbsdə zülm altında saxlanma, məhkumların qanuni tələbləri ilə bağlı ünvanladıqları müraciətlərə baxılmaması və onların qeyri-qanuni rəftarlarla üzləşməsi, habelə məsulların məhkumların şərti azadlığa çıxmaqla bağlı qanunlarına etinasız yanaşmalarına etiraz olaraq aclıq aksiyasına start verir.
Xanım Sütudə xüsusi xidmət orqanlarının məhkəmələrin çıxardıqları hökmlərə birbaşa təsirini bir daha kəskin tənqid etməklə yanaşı, koronavirusun ölkəni cənginə aldığı və həbsxanalarda acınacaqlı vəziyyətin hökm sürdüyü bir vaxtda həbsin davam etdirilməsini qeyri-mümkün adlandırıb. Aktivist İranın məhkəmə orqanlarının siyasi məhkumlara qarşı əsassız ağır ittihamlar irəli sürdüyünü, tutulanların çoxunun ibtidai istintaq dövründən hökmün çıxarılmasına qədər vəkillə təmin olunmadığını və hökmlərin birbaşa xüsusi xidmət orqanlarının təzyiqləri əsasında çıxarıldığını bir daha xatırladıb. İnqilab Məhkəmələrinin hakimlərinin qəzəbinə tuş gələn vəkilləri də həbs edirlər. İnanılmaz dərəcədə ağır ittihamlarla həbs olunmuş müttəhimlərə qarşı hökmlər bəzi hallarda daha da ağırlaşdırılır. Özünə qarşı belə ədalətsiz şəraitdə çıxarılmış hökm qarşısında siyasi məhbusun qanuni yola üz tutmaqdan başqa ümidi qalmır. Hökmün çıxarılması, azaldılması, ən aşağı həddə cəza verilməsi, apellyasiya mraciəti, şərti azadlığa çıxmaq və s. digər bu kimi hallar qeyri-qanuni olaraq yalnız müstəntiqin verəcəyi rəylə bağlıdır", - deyə xanım Sütudə bəyanatında vurğulayıb. Nəsrin Sütudə, həmçinin qeyd edib ki, hazırda məhkumların çoxunun şərti azadlığa çıxmaq üçün bütün şərtləri daşımasına və bir çoxunun da yeni qanunun tətbiq edilməsi ilə azadlığa çıxmasına rəğmən, məsullar onlarla elə davranır ki, sanki ölkədə qanun adlı bir anlayıış mövcud deyil. O, sonda bir daha vurğulayıb ki, aidiyyatı orqanlara ünvanladığı bütün müraciətlərin cavabsız qalması, eləcə də siyasi məhbusların azadlığı tələbi və İranda bir gün ədalətin bərqərar olması arzusu ilə aclıq aksiyası elan edir. Geri dön |