Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fars əyalətində daha 11 ölüm halı ilə “Covid-19”dan ölənlərin sayı 654 nəfərə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Fars əyalətində daha 11 ölüm halı ilə “Covid-19”dan ölənlərin sayı 654 nəfərə çatıb

Fars əyalətində daha 11 ölüm halı ilə “Covid-19”dan ölənlərin sayı 654 nəfərə çatıb


Bu barədə avqustun 12-də məlumat yayan Şiraz Tibb Universiteti rektorunun müavini Əli Əkbəri bildirib ki, pandemiya yoluxucu xəstəliyinin ölkədə yayılmağa başladığı son 6 ay ərzində Fars əyalətində 37 319 nəfər koronavirusa yoluxub: “Hazırda virus daşıyıcısı olmaqda şübhəli bilinən 963 nəfər Fars əyalətinin müxtəlif xəstəxanalarında müalicəsini davam etdirir və təəssüflər olsun ki, onlardan 106 nəfərinin vəziyyəti ağırdır.


Fars əyalətində həmçinin bu günə qədər virusa yoluxanlardan 34 202 nəfəri tam sağalaraq xəstəxanalardan evə buraxılıb.


Bir daha bildiririk ki, “Covid-19” infeksiyasının yayılmasının qarşısını almaq üçün insanlar gigiyena qaydalarına riayət etməli, maska taxmalı, başqalarından məsafə saxlamalı, ictimai məkanlardan uzaq gəzməli və imkan daxilində küçə və bazarda gəzməkdən imtina etməlidir” –deyə, Şiraz Tibb Universiteti rektorunun müavini Əli Əkbəri bəyan edib.


Geri dön