Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Loristan əyalətində daha 4 ölüm halı ilə “Covid-19”dan ölənlərin sayı 446 nəfərə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Loristan əyalətində daha 4 ölüm halı ilə “Covid-19”dan ölənlərin sayı 446 nəfərə çatıb

Loristan əyalətində daha 4 ölüm halı ilə “Covid-19”dan ölənlərin sayı 446 nəfərə çatıb


Bu barədə avqustun 13-də məlumat yayan Loristan Tibb Universiteti rektoru Məhəmmədrza Nikbəxt deyib ki, yerli əhalinin maska taxmağa və gigiyena qaydalarına riayət etməsi nəticəsində son iki-üç həftədə xəstəliyə yoluxma halları azalmağa başlayıb: “Hazırda hər gün orta hesabla pandemiya xəstəliyinə yoluxmuş 55 nəfər Loristan əyalətinin müxtəlif şəhərlərinin xəstəxanalarına yerləşdirilir.


Loristan xəstəxanalarında xəstələr üçün 500-dən artıq çarpayı nəzərdə tutulub. 117 (İCU) çarpayısı da koronavirusa yoluxan xəstələr üçün ayrılıb. Elə buna görə də hazırda bu baxımdan korluq çəkmirik və hətta adi xəstələri qəbul etməkdə belə hər hansı bir problem və məhdudiyyətlə üzləşməmişik.


Təəssüflər olsun ki, son bir gün ərzində yoluxucu xəstəlikdən daha 4 nəfər vəfat edib və bununla da Loristanda bu günə qədər “Covid-19” infeksiyasından ölənlərin sayı artaraq, 446 nəfərə çatıb” –deyə, Loristan Tibb Universiteti rektoru Məhəmmədrza Nikbəxt əlavə edib.

Geri dön