Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qərbi Azərbaycanda koronavirusdan ölənlərin sayı 800 nəfəri ötüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qərbi Azərbaycanda koronavirusdan ölənlərin sayı 800 nəfəri ötüb

Qərbi Azərbaycanda koronavirusdan ölənlərin sayı 800 nəfəri ötüb


Qərbi Azərbaycanın Koronavirusa Qarşı Mübarizə Qərargahının müavini İrəc Mühibbinin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 195 nəfərinin COVID-19 testi pozitiv çıxıb.

Mühibbi Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 804 nəfərə çatdığını bildirib.

“İnfeksiyaya yoluxanlardan 107 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 31 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” deyə o qeyd edib.





Zəncan əyalətində də son 24 saatda daha 15 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə bu günə kimi 9 min nəfərin koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə aldığını bildirib.

Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 3 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 391 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 2 min 509 nəfərinin tam sağaldığını bildirib.

Qızılbaş həmçinin qeyd edib ki, hazırda 340 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.





Ərdəbildə isə Tibb Universitetinin rektoru Şəhram Həbibzadənin verdiyi məlumata əsasən, koronavirusa yoluxan 328 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 64 nəfərinin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib.

Həbibzadənin dediyinə görə, əyalətdə son 24 saatda 46 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 5 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.





Güney Azərbaycanın Qəzvin əyalətində də son 24 saatda 41 yeni koronavirusa yoluxma faktı aşkar edilib. Qəzvin Tibb Universitetinin rektoru Peyman Namdarın verdiyi məlumata əsasən, hazırda əyalətdə COVID-19 virusuna yoluxan 271 nəfər xəstəxanalarda müalicə alır.

“İnfeksiyaya yoluxanlardan 62 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 28 nəfəri süni tənəffüs aparatına bağlıdır,” deyə o qeyd edib.

O həmçinin keçən gün daha 3 nəfərin koronavirusdan öldüyünü bildirib.





Həmədan əyalətində də dünən verilən məlumata əsasən, COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 3 min 309 nəfərə, koronavirus qurbanlarının ümumi sayı isə 425 nəfərə çatıb.

Geri dön