Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Ermənistanın yeni Milli Təhlükəsizlik Konsepsiyası - şovinist, ksenofob, irqçi və faşist strategiyası...
Ermənistanın yeni Milli Təhlükəsizlik Konsepsiyası - şovinist, ksenofob, irqçi və faşist strategiyası... |
Fərəc Quliyev: “Bu gün qəbul edilən Konsepsiya “Dənizdən-dənizə” ideyasından törəmədir”
Prezidentin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bugünlərdə Ermənistanın özünün yeni Milli Təhlükəsizlik Strategiyasını ictimaiyyətə açıqlamasına münasibət bildirib: “Strategiyaya ön sözü kimi yazılmış qeydlərdə baş nazir N.Paşinyan geniş şəkildə erməni tarixinə istinadlar edir, Ermənistan dağlıq yaylası, Hayk, çar Artaşes, Arşakilər, Van çarlığı, soyqırımı və s. kimi mifik tarixi məqamlara toxunur ki, bu da format olaraq belə sənədlərə tamamilə uyğun gəlmir”. H.Hacıyev qeyd edib ki, ümumiyyətlə, Ermənistanın Milli Təhlükəsizlik Strategiyası sanki saxta tarix dərsliyidir: “Adətən bu kimi sənədlərdə tarixə bu qədər istinadlar olmur. Hiss olunur ki, Ermənistan yenə də keçmişin girovluğundan qurtula bilməyib və çatışmazlıq kompleksi özünü bu sənəddə də büruzə verib”. PA rəsmisi əlavə edib ki, Strategiya ilə tanış olduqca orada şovinist, ksenofob və irqçi dəyərlərin təbliğ edildiyi dərhal sezilir: "Erməni xalqının böyüklüyü, onun digər xalqlar üzərində üstünlüyü barədə, eləcə də qonşu xalqlara qarşı dözümsüzlük kimi mesajlar verilir. Ermənistan baş naziri Vahan Teryanın şeirindən gətirdiyi sitatla böyük Babil sivilizasiyasının yer üzündən silinməsini şadyanalıqla qarşılayır. Əslində Strategiyanın bütün məğzi “Babil bizim düşmənimiz idi, Bəs indi hardadır. Səhralarla örtülüb” sitatında cəmləşib. Bu düşüncə ilə Yaxın Şərqdə qədim tarixi abidələri dağıdan terrorçuların heç bir fərqi yoxdur. Bütün bunları görəndə, faşist Qaregin Njdenin “Sekaqron” kimi şovinist nəzəriyyəsinin necə yaranmasının və belə ideologiyaların nəyə görə Ermənistanda bu dərəcədə geniş təbliğ olunmasının səbəbləri tam olaraq aydın olur”. Ümumiyyətlə, sənədin təhlili göstərir ki, Ermənistan burada diqqəti iqtisadi inkişaf, təhsil, elm kimi məsələlərə deyil, daha çox Azərbaycan və Türkiyəyə qarşı əsassız ittihamlara verir. Ermənistanın yeni Konsepsiyasının Hikmət Hacıyevin ifşa etdiyi şovinist, ksenofob, irqçi və faşist mahiyyətilə bağlı ekspertlər nə düşünür? Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın bitkin bir siyasəti var və o hər zaman üçün aktual olur: “Onların dənizdən-dənizə ideyası bütün hakimiyyətlərin dönəmində aktual olur. Nə qədər dəyişiklik olsa da, hakimiyyətdə kimin olması bu ideyanın inkişafına, qorunub saxlanmasına mane olmur. Bir vaxtlar həmin millətin ideologiyasını kilsələri aparırdı. Sonrakı SSRİ dönəmində Daşnaksütyun partiyası bu işi xaricdən aparmağa başladı. İndi də keçiblər daxildə bu siyasəti formalaşdırmağa. Əslində yaradılan bütün yeni konsepsiyalar da həmin ana ideologiyadan doğur. Onların yürütdüyü siyasətin kökündə başqa əraziləri ilhaq etmək durur. Ermənistanın “assumus aqresimus”, yəni təcavüzü əvvəlcədən müəyyən etmək siyasəti var. Bu heç vaxt dəyişmir. Bəzən bizdə inanırlar ki, orda filan hakimiyyət gedib, yerinə başqası gəlsə bizə yaxşı olar. Qətiyyən belə deyil. Onların Türkiyəyə qarşı irəli sürdüyü “soyqırım” siyasəti bütün türk dünyasını hədəfə alır. Onlar “4t” düsturu ilə hərəkət edirlər. Çalışırlar ki, əvvəlcə “soyqırımı” dünyaya tanıtsınlar, sonra Türkiyə bunu tanısın, 3-cü t torpaqdır, dördüncü isə təzminat almaqdır. Bu gün qəbul edilən Konsepsiya “Dənizdən-dənizə” ideyasından törəmədir. Onun da mahiyyətində dediyiniz bütün mənfi təzahürlər durur. Biz öz siyasətimizi, gələcək strategiyamızı formalaşdıranda Ermənistana qarşı tam fərqli münasibət ortaya qoymalıyıq. İlkin mərhələdə biz torpaqların işğaldan azad edilməsini qoyuruq. Gələcəyə hesablanan siyasətimizdə ermənilərin ideyalarına adekvat mövqe ortaya qoymalıyıq. Çünki onların bizimlə apardığı mübarizə tarixi düşmənçilik səviyyəsindədir. Ermənistan Njdeyə sahib çıxmaqla faşist mahiyyətini də ortaya qoyur. Bu baxımdan da Hikmət Hacıyevin mövqeyini tam bölüşürəm. Hesab edirəm ki, ermənilərin bu Konsepsiyasından özlərinə qarşı istifadə etməliyik. Bütün dünyaya çatdırmalıyıq ki, onlar dinc yolla işğaldan əl çəkmək istəmir. Biz beynəlxalq ictimai rəydə bu istiqamətdə irəliləməliyik ki, sabah kəskin addımlar atanda əlimizdə alibi olsun. Bildirək ki, lazımi məqamda xəbərdarlıq etmişik. Ermənistan daxilində nə dəyişirsə-dəyişsin, bu bölgədə onlar maşa rolunu oynayır və ideologiyaları heç vaxt dəyişən deyil”. Ermənistanın bütün bu cəhdlərinin arxasında bir maraq durur, başqalarının hesabına özlərinə qurduqları dövlətin sərhədlərini daha da genişləndirmək. Məhəmmədəli QƏRİBLİ Geri dön |