Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Türkiyənin Düzcə vilayətində aparılan arxeoloji qazıntılar mütəxəssisləri heyrətləndirib
Türkiyənin Düzcə vilayətində aparılan arxeoloji qazıntılar mütəxəssisləri heyrətləndirib |
Türkiyənin Düzcə vilayətində eramızdan əvvəl III əsrə aid qədim “Prusias ad Hypium” şəhərində aparılan arxeoloji qazıntılar mütəxəssisləri heyrətləndirib. Belə ki, COVID-19 pandemiyası ilə əlaqədar müvəqqəti dayandırılan qazıntı işlərinin yenidən başlanması ilə qədim şəhərdə olduqca yaxşı vəziyyətdə olan teatr binası aşkarlanıb.
Əsrlər boyu üzərində müxtəlif tikililərin inşa edilməsinə baxmayaraq bina öz görkəmini itirməyib. Mütəxəssislər bu cür qədim tarixə malik tikililərin belə vəziyyətdə qalmasına dünyada nadir hallarda rast gəlindiyini bildirirlər. Türkiyənin Qara dəniz bölgəsinin qərbində yerləşən tarixi şəhər bölgənin ən qədim yaşayış yeri olaraq tanınır. Burada aparılan qazıntı işləri zamanı teatr binası ilə yanaşı, tarixi divarlar, yazılar, su kəmərləri, “Roma körpüsü” kimi bilinən qədim abidələr də aşkarlanıb. Cari ilin sonunadək ərazidə qazıntının başa çatdırılaraq restovrasiya işlərinə başlanması planlaşdırılır. Geri dön |