Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tramp: “İrana qarşı tətik mexanizmini işə salacağıq”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Tramp: “İrana qarşı tətik mexanizmini işə salacağıq”

Tramp: “İrana qarşı tətik mexanizmini işə salacağıq”


O bildirib ki, BMT təhlükəsizlik Şurasının rəsmi Vaşinqtonun məsələ ilə bağlı irəli sürüyü təklifinə qarşı çıxması ona və hökuməti üçün gözlənilən idi: “Biz bunu gözləyirdik. Elə buna görə də, gələn həftə İrana qarşı tətik mexanizmini işə salacağığıq. Biz, İrana qarşı sanksiyaların dərhal qaytarılması prosesini sürətləndirəcəyik. Siz isə bunun şahidi olacaqsınız” –deyə, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp əlavə edib.


Tramp həmçinin Rusiya prezidenti Vladimir Putinin təklifi ilə İranla bağlı BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin rəhbərlərinin iştirakı ilə keçirilə biləcək iclasa qatılıb-qatılmayacağı bardə verilən sualı cavablandıraraq, deyib ki, o, böyük ehtimalla belə bir toplantıya qatılmayacaq.


Xatırladaq ki, avqustun 14-də Amerikanın BMT-nin Təhlükəsizlik Şurasının İrana qarşı qəbul etdiyi silah ebarqosunun uzadılması ilə bağlı təklif etdiyi qətnamə layihəsi qurumun üzvləri tərəfindən rədd edilib.


Məsələ ilə bağlı keçirilən toplantıda Təhlükəsizlik Şurasının 15 üzvündən 2-si qətnamənin lehinə, 2-si isə əleyhinə səs verib, 11 ölkə isə neytral qalıb.


Bildirilir ki, qətnamə layihəsinin qəbulu üçün 9 lehinə səsə ehtiyac var idi. ABŞ və Dominikan Respublikası onun lehinə səs versələr də, rəsmi Vaşinqtonun avropalı müttəfiqlərinin hamısı bitərəf qalıblar.


Qeyd edək ki, İrana qarşı silah embarqosunun müddəti bu ilin oktyabr ayının 18-də sona çatır. Rəsmi Vaşinqton əvvəlcədən bildirmişdi ki, qətnamə qəbul edilməyəcəyi təqdirdə, İrana qarşı BMT-nin bütün sanksiyalarının qaytarılması üçün tətik mexanizmindən istifadə edəcək.

Geri dön