Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 817 nəfərə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 817 nəfərə çatıb

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 817 nəfərə çatıb


Qərbi Azərbaycanın Koronavirusa Qarşı Mübarizə Qərargahının müavini İrəc Mühibbinin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 157 nəfərinin COVID-19 testi pozitiv çıxıb.

Mühibbi Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 817 nəfərə çatdığını bildirib.

“İnfeksiyaya yoluxanlardan 93 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 31 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” deyə o qeyd edib.





Zəncan əyalətində də son 24 saatda daha 18 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə bu günə kimi 9 min 102 nəfərin koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə aldığını bildirib.

Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 4 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 399 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 2 min 552 nəfərinin tam sağaldığını bildirib.

Qızılbaş həmçinin qeyd edib ki, hazırda 273 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.





Ərdəbildə isə Tibb Universitetinin rektoru Şəhram Həbibzadənin verdiyi məlumata əsasən, koronavirusa yoluxan 309 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 66 nəfərinin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib.

Həbibzadənin dediyinə görə, əyalətdə son 24 saatda 32 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 2 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.





Güney Azərbaycanın Qəzvin əyalətində də son 24 saatda 36 yeni koronavirusa yoluxma faktı aşkar edilib. Qəzvin Tibb Universitetinin rektoru Peyman Namdarın verdiyi məlumata əsasən, hazırda əyalətdə COVID-19 virusuna yoluxan 280 nəfər xəstəxanalarda müalicə alır.

“İnfeksiyaya yoluxanlardan 65 nəfər reanimasiya şöbəsində müalicə alır,” deyə o qeyd edib.

O həmçinin keçən gün daha 4 nəfərin koronavirusdan öldüyünü bildirib.





Həmədan əyalətində də, COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 3 min 419 nəfərə, koronavirus qurbanlarının ümumi sayı isə 440 nəfərə çatıb.

Geri dön