Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Həbsdə olan milli fəal Həmid Mənafi Nadarlının azyaşlı qızının ata özləmi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Həbsdə olan milli fəal Həmid Mənafi Nadarlının azyaşlı qızının ata özləmi

Həbsdə olan milli fəal Həmid Mənafi Nadarlının azyaşlı qızının ata özləmi


Qısa videoda atasının rəsmini çəkməkdə olan Tanay atasının ona dondurma aldığı üçün getdiyini deyir.

Anası ilə danışan azyaşlı qız atasını çox özlədiyini bildirir.







İyulun 21-də həbs edilən Həmid Mənafi Nadarlı hazırda Evin həbsxanasında saxlanılır.

Yanvarın 20-də Tehran Apelyasiya Məhkəməsinin 54-cü şöbəsi Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlını Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün 2 il həbs və 2 il sürgün cəzasına məhkum edib.





Fəallar və onların vəkili Seyid Məhəmməd Fəqihi irəli sürülən bütün ittihamları rədd edərək məhkəmə prosesinin qanuna uyğun həyata keçirilmədiyini bildirmişdilər. Azərbaycanlı fəallar vurğulamışdır ki, məhkəmənin verdiyi qərar İran İslam Respublikasının qeyri-fars millətləri, o cümlədən Azərbaycan millətinin ana dilinə olan münasibətini göstərəcək və bu qərar tarixdə qalacaq.





Adlarını çəkdiyimiz fəallar 2014-cü ildə Tehranın yaxınlığında yerləşən Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə cəmiyyət yaratmaq”da günahlandırılaraq toplam 45 il həbs və 8 il sürgün cəzasına məhkum edilmişdilər. Belə ki, Əlirza Fərşi 15 il həbs və 2 il sürgün, Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi Nadarlı isə hər biri 10 il həbs və 2 il sürgün cəzası ilə üzləşmişdilər.

Geri dön