Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Litvada koronavirusun ikinci dalğası oktyabr ayında gözlənilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Litvada koronavirusun ikinci dalğası oktyabr ayında gözlənilir

Litvada koronavirusun ikinci dalğası oktyabr ayında gözlənilir


Litvada son günlərdə koronavirusa yeni yoluxma hallarının artmasına baxmayaraq, bunu mütəxəssislər virusun ikinci dalğası adlandırmırlar.

Bu barədə “Delfidə gün” proqramında açıqlama verən infeksionist Arvidas Ambrozaytis virusun ikinci dalğasının oktyabr ayında gözlənildiyini söyləyib.

“Vəziyyət getdikcə pisləşir, xəstəliyə yoluxanların sayı artır. Onların arasında xaricdən gələn vətəndaşlardan yoluxanlar kifayət qədərdir. Hər yüz min nəfər əhalinin payına düşən yoluxma halı 3-dən 5-ə yüksəlib və yoluxma halının azalması istiqamətində heç bir irəliləyiş yoxdur”, - deyə o bildirib.

Həkimin sözlərinə görə, xəstəliyə yoluxma halları artmağa davam edəcək. Tədris ilinin başlanmasının buna səbəb olacağından ehtiyat edilir: “Bu da təsir edə bilər. Şagirdlər və tələbələr qayıdacaqlar. Əhalini özünü qripdən qorumağa, pnevmokok infeksiyasına qarşı da peyvənd etdirməyə razı salmaq lazımdır. Əgər ikiqat yoluxma olarsa, vəziyyət daha ağır ola bilər”.

Geri dön