Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranla "Taliban"ın əlaqəsi Qasım Süleymaninin öldürülməsinin əsas səbəblərindən olub
İranla "Taliban"ın əlaqəsi Qasım Süleymaninin öldürülməsinin əsas səbəblərindən olub |
Telekanalın əlinə keçən məxfi məlumatlara əsasən, 2019-cu ilin dekabr ayının 11-də Əfqanıstanda yerləşən "Bəgram" bazasına qarşı həyata keçirilmiş hücumdan əvvəl xarici dövlətlər "Həqqani" qruplaşmasına bu planı həyata keçirmək üçün pul veriblər.
2 sivilin ölməsi, eləcə də 2-si ABŞ hərbçisi olmaqla, 70-dən çox insanın yaralanması ilə nəticələnən həmin terror aktında qruplaşmaya pul yardımı göstərən xarici dövlətlərin adı həmin kəşfiyyat sənədində çəkilmir. Lakin adları açıqlanmayan etibarlı mənbələr "CNN"-ə bildiriblər ki, nəzərdə tutulan xarici dövlət İrandır. Bu hücumdan bir az sonra, daha dəqiq desək, yanvarın 3-də Qasım Süleymani ABŞ-ın Bağdad hava limanı yaxınlığında həyata keçirdiyi PUA hücumu nəticəsində həlak oldu. "CNN" bildirir ki, Q.Süleymaniyə qarşı keçirilmiş əməliyyat ABŞ-ın təhlükəsizlik orqanlarının İranın "Taliban"a göstərdiyi dəstəklərə verdiyi reaksiya idi. Telekanal bildirir ki, ABŞ hökuməti həmin əsnada "Taliban"la Qətərdə aparılan sülh danışıqlarına zərbə vurmamaq üçün Süleymaninin mart ayında öldürülməsini qərara alıb. Lakin daha sonra əməliyyatın yanvar ayında icra edilməsinə göstəriş verilib. "CNN"in məlumatında, həmçinin qeyd edilir ki, İranın regionda fəaliyyət göstərən təmsilçi qruplaşmaları ilə ABŞ hədəflərinə hücum etməsi ilk hal deyil. Lakin "Bəgram" bazasına hücumdan sonra Amerikanın təhlükəsizlik orqanları rəsmi Tehran ilə "Həqqani" qruplaşmasının əlaqəsi və buna verilə biləcək mümkün cavabı araşdırıblar. Vaşinqton "Taliban"la aparılan sülh müzakirələrinə zərbə vurmamaq üçün "Həqqani" qruplaşmasına deyil, etdiyi maddi yardımlara görə İrana qəti cavab vermək qərarına gəlib. Bu istiqamətdə atılacaq əsas addım kimi "Qüds Briqadasının" komandanı Qasım Süleymaninin öldürülməsi barədə qərar qəbul edilib. ABŞ-ın hazırki və sabiq dövlət rəsmiləri "CNN"-ə bildiriblər ki, İranın "Taliban"la əlaqələri Q.Süleymaninin öldürülməsi üçün əsas səbəblərdən biri olub. Amerikanın təhlükəsizlik qüvvələrinin araşdırmaları rəsmi Tehranın "Həqqani" qruplaşmasına Əfqanıstanda ABŞ qüvvələrinə qarşı həyata keçirdiyi azı 6 hücuma görə pul verdiyini göstərib. "CNN" Pentaqondan iddialara görə mövqe öyrənməyə cəhd göstərib. Qurumun sözüsü sözügedən məsələ ilə bağlı açıqlama verməsə də, İranın Əfqanıstandakı addımlarını təxribatçılıq adlandırıb. Bundan bir müddət əvvəl isə Qərb mediasında ABŞ kəşfiyyatına istinadən Rusiyanın Əfqanıstanda Amerika qüvvələrinə qarşı terror hücumu həyata keçirmək üçün terror təşkilatlarına pul verməsinə dair məlumatlar yayılmışdı. Amma bu xəbərlər hələ ki, rəsmi Vaşinqton tərəfindən təsdiqlənməyib. Geri dön |