Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranlı rəsmi koronavirusun payızda gözlənilən 3-cü dalğası barədə ciddi xəbərdarlıq edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranlı rəsmi koronavirusun payızda gözlənilən 3-cü dalğası barədə ciddi xəbərdarlıq edib

İranlı rəsmi koronavirusun payızda gözlənilən 3-cü dalğası barədə ciddi xəbərdarlıq edib


Payızda təhsil və ictimai nəqliyyat sahəsindəki bəzi məhdudiyyətlərin davam edəcəyini vurğulayan Alireza Zali deyib ki, ölkədə yoluxucu xəstəliyin yayılması baxımından bu ilin payızı müasir dövrün ən ağır və çətin payızı olacaq: “Payızda koronavirusla bəzi mövsümi xəstəliklərin eyni vaxta düşməsi, insanların öz vaxtını qapalı məkanlarda keçirməyə meyilli olması, eləcə də onlarda tənəffüs və allergiya simptomlarının üzə çıxması və yeni qrip dalğasının gəlməsi, çox nigaranedici bir vəziyyətin ortaya çıxmasına səbəb olacaq.


Hazırda Tehranda koronavirusu nəzarətdə saxlamaq işi çox ciddi problemlərlə üz-üzədir. İnsanların iri şəhərlərin ətrafına köçməsi, ölkənin bütün sahələrində mövcud infrastrukturun köhnəlib sıradan çıxması, insanların isə kütləvi olaraq şəhərdə gəzməsi, xəstəliyin yayılmasına səbəb olmaqla yanaşı, həm də ölkənin tibb sisteminin üzərinə düşən vəzifə və yükü daha ağırlaşdırıb” –deyə, Tehranda Koronavirusla Mübarizə Qərargahının komandanı Əlirza Zali əlavə edib.


Əlirza Zali həmçinin qeyd edib ki, Tehran əyaləti, hazırda “Covid-19” infeksiyasının yayılması baxımından ölkənin qırmızı vəziyyətdə olan əyalətləri sırasındadır.

Geri dön