Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Türkdilli Ölkələrin II Media Forumunda ortaq türk kanalının yaradılması təklif olunub
Türkdilli Ölkələrin II Media Forumunda ortaq türk kanalının yaradılması təklif olunub |
“Qloballaşan dünyada türkdilli media faktoru: fərqliliklər və ortaq maraqlar” mövzusunda Bakıda keçirilən Türkdilli Ölkələrin II Media Forumu çıxışlarla davam etdirilib. Professor Şirməmməd Hüseynov Məhəmməd Əmin Rəsulzadənin sözlərini xatırladaraq deyib ki, türklər tarixi yaradanlardır, yazanlar deyil: “İndi bizim medianın üzərinə tarixi yazmaq, yaşatmaq vəzifəsi düşür”. Hazırda dünyada 7 türk dövlətinin olduğunu xatırladan alim hesab edir ki, XXI əsrin sonuna qədər türk dövlətlərinin sayı 20-yə çatacaq.
Kosovodan gəlmiş forum iştirakçısı Raif Kırkul bildirib ki, Kosovoda əhalinin 10 faizini türklər, 80 faizini isə albanlar təşkil edir: “Buna baxmayaraq, türk dili bizim ölkədə çox geniş yayılıb. Kosovonun Azərbaycan tərəfindən tanınmamasına rəğmən, mən Kosovo pasportu ilə Bakı hava limanına qədər gəldim. Düşündüm ki, hətta Bakı hava limanından geri qayıtsam da, eybi yoxdur, əsas odur bura gəlmişəm. Lakin buna baxmayaraq, mən dəvət olunduğum konfransda iştirak edirəm”. Tədbirdə çıxış edənlər ortaq türk kanalının yaradılması təklifi ilə çıxış ediblər. Qazaxıstan nümayəndə heyəti növbəti forumun Qazaxıstanda keçirilməsi təklifini irəli sürüb. Geri dön |