Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Hizbullah" üzvü Rafiq Həririyə qarşı terrorda günahlandırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > "Hizbullah" üzvü Rafiq Həririyə qarşı terrorda günahlandırılıb

"Hizbullah" üzvü Rafiq Həririyə qarşı terrorda günahlandırılıb


Dünən keçirilmiş məhkəmə iclasında çıxarılmış hökmə əsasən, Əbu Səlim kod adı ilə tanınan Səlim Cəmil Əyyaş təqsirləndirilən şəxs kimi tanınıb, digər 3 nəfər- Əsəd Səbra, Həsən Həbib Mürəhhi və Həsən Ənisi bəraət qazanıb.


Hökmün mətnində Səlim Cəmil Əyyaş Rafiq Həririni qəsdən öldürməkdə və onun öldürüldüyü gün partlayışla digər 21 nəfəri qətlə yetirməkdə, habelə həmin partlayışda yaralanmış 226 nəfəri öldürməyə cəhddə təqsirləndirilən şəxs kimi tanınıb.


Ona qarşı hökmün Beynəlxalq Ədalət Məhkəməsinin növbəti prosesində çıxarılacağı gözlənilir.


Rafiq Həririnin oğlu Səid Həriri məsələyə bildirirdiyi münasibətdə artıq həqiqətlərin aşkar olduğunu, növbənin ədalətin icrasına çatdığını deyib.


O, həmçinin qeyd edib ki, artıq cəzasız qalaraq terror fəaliyyətləri göstərmək dövrü bitib. Terror qurbanlarının ailələri terroristlərin cəzalandırılmasını istəyir. Beynəlxalq Ədalət Məhkəməsi heç bir siyasi motiv olmadan hökm çıxardığına görə, "Hizbullah" terror fəaliyyəti isbata yetirilmiş üzünü ədalətə təqdim etməlidir.


Cinayət işi üzrə digər təqsirləndirilən şəxs "Hizbullah"ın hərbi qolunun komandanı, sabiq komandanın həyat yoldaşı İmad Muğniyənin əmisi oğlu və qaynı Mustafa Bədrəddin idi. Lakin o, 2008-ci ildə Dəməşq hava limanı yaxınlığında baş vermiş partlayışda həlak olduğundan, Bədrəddiniyə qarşı başladılmış cinayət işinə xitam verilib.


Səlim Cəmil Əyyaşın müttəhim kimi tanınmasına baxmayaraq, hökmdə qeyd edilir ki, məhkəməyə Suriyanın və "Hizbullah" rəhbərliyinin birbaşa olaraq Rafiq Həririyə qarşı həyata keçirilmiş terrorda əlinin olmasına dair maddi sübutlar təqdim edilməyib.


Qeyd etmək lazımdır ki, Rafiq Həriri 2005-ci ilin fevral ayının 14-də sui-qəsd nəticəsində öldürülüb.

Geri dön