Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət


Qərbi Azərbaycanın Koronavirusa Qarşı Mübarizə Qərargahının müavini İrəc Mühibbi əyalətdə koronavirus qurbanlarının ümumi sayının isə 828 nəfərə çatdığını bildirib.

“İnfeksiyaya yoluxanlardan 99 nəfər reanimasiya şöbəsində müalicə alır,” deyə o qeyd edib.

Mühibbi, ötən 24 saatda daha 75 nəfərin koronavirusa yoluxduğunu bildirib.





Zəncan əyalətində isə Tibb Universitetinin rektoru Pərviz Qızılbaşın verdiyi məlumata əsasən, bu günə kimi 9 min 257 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alıb.

Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 2 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 406 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 2 min 601 nəfərinin tam sağaldığını bildirib.





Ərdəbildə isə hazırda koronavirusa yoluxan 278 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 62 nəfəri reanimasiya şöbəsinə yerləşdirilib.

Ərdəbil Tibb Universitetinin rektoru Şəhram Həbibzadənin verdiyi məlumata əsasən, əyalətdə son 24 saatda 45 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 6 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.





Güney Azərbaycanın Həmədan, Qəzvin və Şərqi Azərbaycan səhiyyə xidməti məsulları koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayı barədə yeni məlumat verməyib.

Geri dön