Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Əhvazın Razi xəstəxanası qırmızı və fövqəladə hal vəziyyətdədir
Əhvazın Razi xəstəxanası qırmızı və fövqəladə hal vəziyyətdədir |
Bu barədə, Əhvazın Razi xəstəxanasının rəisi Fərhəng Kərəbəndi avqustun 19-da mediaya açıqlamasında məlumat yayıb.
O bildirib ki, hazırda Xuzistan əyalətində Əhvazın Razi xəstəxanası “Covid-19” virusuna yoluxan xəstələri qəbul edən yeganə xəstəxanadır: “Hazırda Əhvazda və əyalətin digər şəhərlərində koronavirusa yoluxanlar bizim xəstəxanaya müraciət edirlər. Məhz bu səbəbdən də hazırda Razi xəstəxanası bu baxımdan qırmızı və fövqəladə vəziyyətdədir. Lakin bütün bunlara baxmayaraq, xəstəxanamızın durumu əvvəlki vaxtlarla müqayisədə yaxşılığıa doğru gedir. Hazırda Razi xəstəxanasının reanimasiya şöbəsindəki çarpayıların 90%-nə yaxını koronavirusa yoluxmuş xəstələrlə doludur. Xəstəxanın digər şöbələrində isə adi çarpayıların 50-60 faizində isə adi xəstələr yerləşdirilib. Təəssüflər olsun ki, vəziyyəti ağır olan xəstələrin sayı artdıqca ölüm halları da artır. Hazırda isə ölüm halları davam etsə də, əvvəlki dövrlərə nisbətən bir az azalıb. Lakin hələ də koronavirusa yoluxma şübhəsi ilə bizə müraciət edən hər dörd-beş nəfərdən biri xəstəxanaya yerləşdirilir” –deyə, Əhvazın Razi xəstəxanasının rəisi Fərhəng Kərəbəndi əlavə edib. Geri dön |