Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fransada COVID-19 virusundan ölənlərin sayı 30 min 480-ə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq > Fransada COVID-19 virusundan ölənlərin sayı 30 min 480-ə çatıb

Fransada COVID-19 virusundan ölənlərin sayı 30 min 480-ə çatıb


Son sutka ərzində Fransada COVID-19 epidemiyasına 4771 yeni yoluxma qeydə alınıb. Beləliklə, son həftə ərzində yeni növ koronavirusa yoluxmada 43 faiz artım olub.

Bu barədə Fransa Səhiyyə Baş İdarəsi məlumat verib. Qurum vəziyyətin narahatlıq yaratdığını vurğulayıb. Bildirilib ki, son günlərdə ölkədə koronavirusa yoluxanların sayı 18 min 638 nəfərə çatıb. Son sutka ərzində xəstəxanalara 149 yeni xəstə qəbul edilib və pasiyentlərin ümumi sayı 4748 nəfər təşkil edib. Reanimasiyada ağır xəstələrin sayında da artım qeydə alınıb. Ölkədə 35 qrup yoluxması aşkarlanıb.

Fransada COVID-19 virusu nəticəsində qeydə alınmış 30 min 480 ölüm faktından 19 min 969-u xəstəxanalarda, 10 min 511-i isə qocalar evlərində baş verib.

Ölkədə COVID-19 virusunun yenidən geniş yayıldığı nəzərə alınaraq, qapalı, eləcə də açıq məkanlarda, hətta küçələrdə tibbi maskalardan istifadə olunması məcburiyyəti tətbiq edilir.

Geri dön