Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukrayna Türkiyə ilə azad ticarət zonası barədə sazişin bağlanmasında maraqlıdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Ukrayna Türkiyə ilə azad ticarət zonası barədə sazişin bağlanmasında maraqlıdır

Ukrayna Türkiyə ilə azad ticarət zonası barədə sazişin bağlanmasında maraqlıdır


Ukrayna Türkiyə ilə azad ticarət zonası barədə hərtərəfli Sazişin bağlanılmasında maraqlıdır. Bu, mal və xidmətlər bazarlarına çıxışın genişləndirilməsinə kömək edəcək.

Ukraynanın İqtisadiyyat, Ticarət və Kənd Təsərrüfatının İnkişafı Nazirliyinin mətbuat xidməti xəbər verir ki, bu barədə qurumda “Ukrayna-Türkiyə: əməkdaşlıq üçün yeni imkanlar” konfransının yekunlarına əsasən bildiriblər.

Nazir müavini Taras Kaçka qeyd edib ki, 2019-cu ildə Türkiyə Ukrayna ilə ticarət dövriyyəsinin həcminə görə Yaxın Şərq regionu ölkələri arasında birinci yeri tutub və Ukrayna tərəfi mal və xidmətlər bazarlarına çıxışın genişləndirilməsinə kömək edəcək iki ölkə arasında azad ticarət barədə hərtərəfli Sazişin bağlanılmasında maraqlıdır.

Onun sözlərinə görə, iqtisadi sahədə ikitərəfli əməkdaşlığın fəallaşmasının əsas alətlərindən biri ticari-iqtisadi əməkdaşlıq üzrə Ukrayna-Türkiyə Hökumətlərarası Komissiyasıdır.

Geri dön