Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Hormozqan əyalətində koronavirusdan ölənlərin sayı 661 nəfərə çatıb
Hormozqan əyalətində koronavirusdan ölənlərin sayı 661 nəfərə çatıb |
Bu barədə, Hormozqan Tibb Universitetinin ictimai əlaqələr bölməsinin rəhbəri Fatimə Novruziyan avqustun 21-də mediaya açıqlamasında məlumat yayıb.
O bildirib ki, son bir gün ərzində Hormozqanın müxtəlif şəhərlərində “Covid-19” infeksiyasına yoluxmuş 63 nəfər xəstəxanalara yerləşdirilib, xəstəlikdən tam sağalan 61 nəfər isə evə buraxılıb: “Hazırda Hormozqan xəstəxanalarında pandemiya xəstəliyinə yoluxan 284 nəfər müalicəsini davam etdiri və onlardan 61 nəfəri reanimasiya şöbələrində saxlanılır. Təəssüflər olsun ki, həmin xəstələrdən 19 nəfərinin vəziyyəti ağırdır” –deyə, Hormozqan Tibb Universitetinin ictimai əlaqələr bölməsinin rəhbəri Fatimə Novruziyan əlavə edib. Xanım Novruziyanın bildirdiyinə görə, Hormozqan əyalətində koronavirus infeksiyası yayılmağa başladığı gündən indiyə qədər 56 002 test həyata keçirilib. Geri dön |