Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Marağanın Saracu vilayətində məktəblər acınacaqlı vəziyyətdədir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Marağanın Saracu vilayətində məktəblər acınacaqlı vəziyyətdədir

Marağanın Saracu vilayətində məktəblər acınacaqlı vəziyyətdədir


Məktəblərin açılışı ilə bağlı koordinasiya şurasının iclasında çıxış edən Fərrux Məhəmmədzadə bu vilayətdə yerləşən 31 kəndin internet problemi olduğunu da qeyd edib.

O həmçinin Quruçay bölgəsinin kəndlərində yaşayan tələbələrin təhsil imkanlarının çatışmazlığı ilə üzləşdiyini vurğulayıb.





İclasda çıxış edən Şərqi Azərbaycan əyalətinin vali müavini və Marağanın İcra hakimiyyəti başçısı Seyid Əli Musəvi Hüseyni məktəblərin bərpasında hökumətin öhdəliklərinə toxunmadan problemlərin həlli üçün xeyriyyəçilərin işə cəlb olunmasının zəruri olduğunu vurğulayıb.





Hazırda Marağa vilayətində 53 min şagird təhsil alır.

Daha əvvəl də Marağanın təhsil idarəsinin rəisi vilayətdə fəaliyyət göstərən məktəblərin 30- 40 faizinin bərbad və yararsız vəziyyətdə olduğunu bildirmişdi.





Şərqi Azərbaycan Məktəblərin Təchizatının Təmin Edilməsi və Yenidənqurma İşləri İdarəsinin rəis müavini Məhəmməd Nəcəfinin sözlərinə görə, dövlətin təhsil ocaqlarının tikintisi üçün ayırdığı vəsaitin yetərsizdir.

Şərqi Azərbaycan əyalətinin təhsil rəsmilərinin dediyinə görə, bu əyalətdə 24 min dərs otağından yalnız 10 mini normal vəziyyətdədir. 7 minində təmir-bərpa işlərinə ehtiyac var, 7 mini isə sökülərək yenidən tikilməlidir.





Güney Azərbaycanın bütün əyalətlərində təhsil ocaqları binalarının yetərsiz, köhnə və bərbad vəziyyətdə olduğu barədə dəfələrlə məlumat yayılıb, bu barədə yerli məsullar tərəfindən xəbərdarlıq da edilib. Son illərdə Azərbaycan əyalətlərində təhsil ocaqlarının əsas problemləri demək olar ki, bölgədə xeyriyyəçilik ənənəsinə yaşadan soydaşlarımız tərəfindən çözülür. Yerli məsullar dəfələrlə açıqlama verərək təhsil sahəsində dövlət tərəfindən hər hansı büdcə vəsaitini gözləmədiklərini diqqətə çatdırıblar.

Geri dön