Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Bavariya” - “Paris Sen-Jermen” matçının birinci hissəsi başa çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > “Bavariya” - “Paris Sen-Jermen” matçının birinci hissəsi başa çatıb

“Bavariya” - “Paris Sen-Jermen” matçının birinci hissəsi başa çatıb


Avqustun 23-də UEFA Çempionlar Liqasının 2019-2020-ci illər mövsümünün final görüşü çərçivəsində keçirilən “Bavariya” (Almaniya) - “Paris Sen-Jermen” (Fransa) görüşünün birinci hissəsi başa çatıb.

Portuqaliyanın paytaxtı Lissabondakı "Estadio da Luş" stadionunda keçirilən görüşün ilk hissəsində hər iki komandanın təhlükəli vəziyyəti olsa da, hesab açılmayıb.

Matçın 25-ci dəqiqəsində “Bavariya” klubunun müdafiəçisi Jerom Boatenq zədələnərək meydanı vaxtından əvvəl tərk edib. Onun yerinə Niklas Süle çıxıb.

Qeyd edək ki, bu oyun komandaların avrokuboklarda 9-cu dueli olacaq. “Paris Sen-Jermen” və "Bavariya" indiyədək UEFA Çempionlar Liqasının qrupunda 8 dəfə üz-üzə gəliblər. Bunların 5-də Paris təmsilçisi, 3-də isə münxenlilər qələbə qazanıb. “Paris Sen-Jermen”nin 12 qoluna, "Barvariya" 11 topla cavab verib. Paris təmsilçisi tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin baş mükafatına yiyələnmək niyyətindədir. Paytaxt klubu Fransa çempionatının son 8 mövsümündə 7 dəfə qalib olsa da, ilk dəfə UEFA Çempionlar Liqasının finalına yüksəlib. Fransa komandası turnirin qalibi olacağı təqdirdə, kuboku qazanan 23-cü komanda kimi tarixə düşəcək.

Beş dəfə UEFA Çempionlar Liqasının qalibi olmuş "Bavariya" isə son dəfə 2013-cü ildə bu titulu əldə edib. Münxen təmsilçisi 6-cı dəfə də istəyini gerçəkləşdirsə, İngiltərə "Liverpul" klubu ilə birlikdə ən çox qazanan üçüncü komanda olacaq.

Bu oyun, həmçinin UEFA Çempionlar Liqasının finalları tarixində ikinci alman-fransız dueli olacaq. İlk dəfə "Bavariya" 1975-1976-cı il mövsümündə "Sent-Etyen"i 1:0 hesabı ilə üstələyib.

Geri dön