Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda daha 141 nəfər koronavirusdan ölüb, 2113 yeni “Covid-19”a yoluxma halı aşkarlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda daha 141 nəfər koronavirusdan ölüb, 2113 yeni “Covid-19”a yoluxma halı aşkarlanıb

İranda daha 141 nəfər koronavirusdan ölüb, 2113 yeni “Covid-19”a yoluxma halı aşkarlanıb


Bu barədə avqustun 23-də mediaya açıqlamasında məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 20 643 nəfərə, pandemiya xəstəliyinə yoluxanların sayı isə 358 905 nəfərə çatıb.


Xanım Larinin sözlərinə görə, indiyədək 309 464 nəfər xəsəlikdən tam sağalaraq evə buraxılıb.


Sözçü sonda bildirib ki, “Covid-19”a yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 3841 nəfərin vəziyyəti ağırdır.


İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 20 643 nəfərə, yoluxanların sayının isə 358 905 nəfərə çatdığı iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19”dan ölənlərin sayının 93 400 nəfəri keçdiyini, 8 milyon 850 000 nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.

Geri dön