Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney azərbaycanlı mütəxəssislərin Azərbaycana və Türkiyəyə mühacirəti İran rəsmilərini narahat edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney azərbaycanlı mütəxəssislərin Azərbaycana və Türkiyəyə mühacirəti İran rəsmilərini narahat edir

Güney azərbaycanlı mütəxəssislərin Azərbaycana və Türkiyəyə mühacirəti İran rəsmilərini narahat edir


İranın “Fars” xəbər agentliyinə müsahibə verən deputat qeyd edib ki, mütəxəssis qüvvənin qonşu ölkələrə köçməsi və sərmayələrin əyalətdən qaçması Qərbi Azərbaycanın əsas problemlərindən birinə çevrilib.

Zakir bu məsələnin son dövrlərdə daha da artdığını vurğulayıb.



Millət vəkilinin fikrincə, özəl sektorun fəaliyyəti qarşısında yaradılan maneələr və bürokratiya problemləri, eləcə də hökumətin sənaye və kənd təsərrüfatı sahələrinə investisiya yatırmaması əyalətin mütəxəssis qüvvələrinin digər bölgələrə köçməsi ilə nəticələnib.



"Özəl sektor tərəfindən təklif olunan istehsal layihələrinin həyata keçirmə prosesi asanlaşdırılmalıdır," deyə o bildirib.



Zakir həmçinin əlavə edib ki, dövlətin kənd təsərrüfatı sektorunun inkişafına və əkinçilik məhsullarının ixracına etinasız yanaşması Qərbi Azərbaycan əyalətinin inkişafının qarşısını alıb.



Qeyd edək ki, Güney Azərbaycanın bir çox şəhər və kəndlərində əhalinin sayı azalır. Buna səbəb yerli əhalinin işsizlik və yoxsulluqdan fars bölgələrinə üz tutmasıdır. Onların köçməsi Azərbaycanın qərb bölgəsində demoqrafik dəyişikliyə və kürdlərin bölgəyə köçməsi kimi problemlərə də səbəb olur. Fars bölgələrinə köçən Azərbaycan türklərinin əksəriyyəti bir-iki nəsil sonra assimilyasiya siyasətinə məruz qalaraq farslaşır.



Həmçinin son illərdə çox sayda soydaşımız Güney Azərbaycandan Türkiyə və Şimali Azərbaycandakı əlverişli şərtlərin mövcudluğu səbəbilə bu iki ölkəyə köç edərək müxtəlif sahələrdə önəmli uğurlar qazanıblar. Bu isə İran rəsmilərinin ciddi narahatlığına səbəb olub.

Geri dön