Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Alimlər Misirin ilan və quş mumiyalarını 3D tomoqrafı ilə tədqiq ediblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Alimlər Misirin ilan və quş mumiyalarını 3D tomoqrafı ilə tədqiq ediblər

Alimlər Misirin ilan və quş mumiyalarını 3D tomoqrafı ilə tədqiq ediblər


Alimlər naməlum pişiklərin, quşların və reptililərin mumiyalarını rentgen kompüter tomoqrafı vasitəsilə tədqiq ediblər. Tədqiqatın nəticələri “Scientific Reports” jurnalında dərc olunub.

TASS informasiya agentliyi xəbər verir ki, tədqiqatın müəlliflərindən biri – Suonsi Universitetinin (Böyük Britaniya) professoru Riçard Conston deyib: “Kompüter tomoqrafiyası sayəsində biz canlıların məhv olmasından iki min il sonra onlar üzərində autopsiya apara bildik. Biz onların necə yaşadığını və öldüyünü, hansı şəraitdə saxlanıldığını öyrəndik”.

Misirdə nəinki fironları, onların arvadlarını və övladlarını, hətta sevimli heyvanlarını mumiyalayıblar. Beş il öncə arxeoloqlar Qahirənin cənubunda təqribən 8 milyon itin basdırıldığı qəbiristanlıq tapıblar. Dörd il əvvəl Polşa arxeoloqları qədim Berenis limanının kənarında 100 pişik və digər ev heyvanı mumiyası aşkarlayıblar.

Suonsidə Misir Mərkəzi ehtiyatlarından üç heyvan mumiyasını tədqiq edən Riçard Conston və həmkarları onların həyatından bəzi məqamları öyrəniblər. Həmin mumiyalar muzeyə ötən əsrdə naməlum mənbələrdən daxil edildiyi üçün onların dəqiq yaşı və basdırıldığı yer hələlik məlum deyil.

İndiyədək alimlər yalnız bunu bilirdilər ki, bu mumiyaların içində güman ki ev pişiyinin, habelə quşun və ilanın qalıqları vardır. Pişiyin cinsi, quşların və reptililərin növ mənsubiyyəti, habelə onların yaşı, ölüm səbəbləri naməlum olaraq qalırdı, çünki mumiyalar orijinal görkəmdə saxlanılırdı və heç kim onları sökmürdü. Bu boşluğu doldurmaq məqsədilə fiziklər mumiyanı eksperimental rentgen 3D tomoqrafı vasitəsilə skan ediblər. Onun çözümlülük qabiliyyəti analoji tibbi cihazlarla müqayisədə təqribən yüz dəfə yüksəkdir. Bunun nəticəsində alimlər tədqiq etdikləri üç mumiyadan heyvanların həyatı və ölümü haqqında bir çox məlumat əldə ediblər.

Məlum olub ki, bu mumiyalardan biri beş aylıq pişiyə aiddir. Görünür ki, onu qədim misirlilərin dini ayinlərindən birində boğublar. İkinci mumiya qızılquş cinsinə aid müşgül quşudur. Ehtimal ki, quş təbii səbəblərdən ölüb. İlanın mumiyası xüsusi maraq doğurur. Bu, Misir kobrasıdır. Alimlər ilanın ölümünə bir neçə gün qalmış bərk susuzluqdan əziyyət çəkdiyinə dair əlamətlər tapıblar. Eyni zamanda, bir neçə dişinin olmadığı, ağzının xüsusi yolla açıldığı müəyyən edilib.

Riçard Conston və həmkarları belə fərziyə irəli sürürlər ki, bu sürünənlərlə bağlı mürəkkəb dəfn mərasimləri olub. Qədim Misirdə kobraya xüsusi yanaşılması, onun düşmənə qarşı talisman olması və digər münasibət onların dəfn mərasimini xüsusi edən amillərdən ola bilər.

Alimlər ümid edirlər ki, digər mumiyalarla aparılacaq təcrübələr onlara qədim misirlilərin yaşayış tərzini, onların həyatında heyvanların rolunu və onlarla bağlı dini ayinləri öyrənməyə kömək edəcək.

Geri dön